Yuxarı

Bu, Azərbaycanın çağırışıdır - Şahbazi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Firqəsi 25 martda AŞ-ın binası qarşısında keçirilməsi nəzərdə tutulan aksiyaya ciddi şəkildə dəstək verdiyi üçün firqənin tərəfdarlarının yaxından iştirakını istəmişik. Çünki bu yürüşü Güney Azərbaycan Milli Hərəkatına lazımlı hesab edirik. Bu, beynəlxalq bir aksiyadır.

Bu sözləri Axar.az-a Azərbaycan Demokrat Firqəsinin ABŞ Komitəsinin məsulu Rəhim Şahbazi deyib.

“Bizim heyət üzvləri fərqli yerlərdən - Amerika, Kanada, Avropa, Türkiyə, İsveç, İngiltərə kimi ölkələrdən qatılacaqlar. İnanırıq ki, çox adam iştirak edəcək. Aksiyada firqənin mənsubları, İsveçdən beynəlxalq əlaqələr üzrə məsul Abdullah Əmir Haşimi Cavanşir, mən özüm də Amerikadan qatılacam. Bizimlə yanaşı, beynəlxalq fəaliyyətləri ilə tanınan firqəçilər də iştirak etmək niyyətindədirlər”.

Şahbazi “Azadlıq, Ədalət” Yürüşünün ilk növbədə fars rejiminə böyük mesaj olacağını bildirib:

“Bildiyimiz kimi, İranda 5-6 ay ərzində böyük etirazlar keçirildi. Bu etirazlarda qeyri-fars millətləri, Güney Azərbaycan türkləri və digər türklər də aktiv iştirak ediblər. Çünki bu fars rejimi 44 ildir açıqcasına bütün qeyri-fars millətləri assimilyasiyaya məruz qoyub, bu millətlərin milli kimliyini yox edib. Beynəlxalq aləmdə də terroru dəstəkləyən bir rejimdir. Bunların hamısını nəzərə alsaq, bu aksiyanın əhəmiyyəti çox mühümdür: Güney Azərbaycan diasporu və dünyanın hər yerində yaşayan güneylilər əl-ələ verib, Avropa Şurasının binasının qarşısında önəmli aksiya keçirəcək. Ən önəmlisi, orada azərbaycanlılarla yanaşı, başqa millətlərdən də iştirak edəcəklər. Hamısı tarix boyunca Güney Azərbaycana rəhbər kimi baxıblar”.

Şahbazi bildirib ki, aksiya daxildəki Milli Hərəkatın daha da qüvvətlənməsinə təkan ola bilər:

“Biz bununla həm xaricdə Güney Azərbaycanın nə olduğunu göstərməliyik, həm də daxildəki 40 milyon Azərbaycan türkünə ürək-dirək verməliyik. İranda bizim həbs edilənlərimiz, yaralananlarımız, şəhidlərimiz var. Hamı bilməlidir ki, biz onları unutmamışıq. Biz xaricdə olsaq da, böyük millətimizin səsiyik. Onlarla birlikdə fars faşizminə və cinayətkar İran rejiminə qarşı mübarizə aparırıq. Güneyli-quzeyli yoxdur, hamımız azərbaycanlı olaraq oradayıq. Orada Quzeydən və Türkiyədən də insanlar iştirak edəcək. Bunlar hamısı Güney Azərbaycan məsələlərini daha güclü şəkildə ortaya qoyacaqdır”.

Rəhim Şahbazi yürüş öncəsi yaşanan gərginliklər və fikir ayrılıqlarından da bəhs edib:

“Biz birliyimizi tam gücü ilə göstərmək üçün bütün fikir ayrılıqlarını unudub, Güney Azərbaycanı düşünməliyik. Nə qədər bu aksiyanı böyük müvəfəqiyyətlə keçirsək, bir o qədər yaxşı olar. Təbii ki, orada fərqli-fərqli bayraqlar da olacaqdır. Hamısı Güney Azərbaycanı təmsil edəcək. Burada ən böyük əngəl İran-fars rejimi tərəfindən yaradıla bilər. Onlar tarix boyu terror əməllərinə əl atıblar. Əminəm ki, təhlükəsizlik qüvvələri bunların hamısını nəzərə alacaq. Millətimizlə əl-ələ verərək, “Azadlıq, Ədalət, Milli Hökumət” şüarımıza əngəl yaradanlara imkan verməməliyik. Fars şovinizmi başa düşməlidir ki, bizim millət öz azadlıq və istiqlaliyyət mübarizəsini davam etdirir. Necə ki, böyük şüarımız vardır: Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan! Bu dəqiq mesajdır: Bu gün Azərbaycan çağırır”.

Tarix
2023.03.18 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla