Yuxarı

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bir müddət sonra Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradacağını bildirib.

T.Zülfüqarov qeyd edib ki, orada gömrük orqanları və həmçinin digər qurumlar da təmsil olunmalıdır:

“İstisna olunmur ki, təhlükəsizlik məsələlərinə bir müddət sülhməramlılar nəzarət edəcək. Yəni, biz burada bölgü aparmalıyıq. Giriş-çıxış, sərhəd qanunlarına uyğun fəaliyyəti bizim dövlət qurumları həyata keçirməlidir.

Beynəlxalq təcrübə onu göstərir ki, sülhməramlı əməliyyat heç vaxt sərhəd funksiyalarını həyata keçirmir. Bu baxımdan biz də istisna olmamalıyıq. Sülhməramlılar yalnız təhlükəsizliyi təmin edirlər. Beynəlxalq qurumlar iki məsələni bir-birinə qarışdırıblar: Nəzarət və blokada. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, bizim məqsədimiz nəzarətdir, blokada yoxdur və ola da bilməz".

Tarix
2023.03.30 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla