Yuxarı

Qənimətlər Parkına görə Bakını qınayanlar, görün, nə edir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkda ölən rus əsgərlərinin çəkmələrindən ibarət sərgi keçirilib. Qərb mediası isə bu hadisəni bəh-bəhlə işıqlandırır - 44 günlük müharibədən sonra Bakının qənimət kimi götürdüyü düşmən texnikasının muzeyini təşkil etdiyi Hərbi Qənimətlər Parkına görə Azərbaycanı qınayan həmin Qərb mediası. Diqqət edək ki, texnologiya ölü insanların paltarları və ya qanlı əşyaları deyil.

Axar.az xəbər verir ki, bu barədə “Qafqaz Büro”su Teleqram kanalı məlumat yayıb.

“Məsələn, Britaniyanın “Quardian” qəzeti ekspozisiyanı həvəslə “öldürülmüş rus işğalçıların kubok ayaqqabıları” sərgisi kimi qələmə verib. 21-ci əsrdə belə bir şeyin mümkün olduğunu təsəvvür etmək çətindir, amma...

44 günlük müharibədən sonra Azərbaycana ultimatum verildi və Hərbi Qənimətlər Parkının yaradılmasının “erməni ictimaiyyətinin psixikasına pis təsir etdiyi” bildirildi. Fransa, İtaliya, Amerika mediası bu hadisəni guya Azərbaycan tərəfinin “qeyri-insani” addımı kimi paylaşdı. “Azərbaycan kuboku” parkında isə sadəcə torpaqlarımızdan qaçarkən düşmənin tərk etdiyi hərbi texnika təqdim olunurdu.

Burada isə ölü insanların çəkmələri var, bəzilərində qan izləri hələ də aydın görünür. Bəs, bu, Qərbi həyəcanlandırmır? Belə bir şey mümkündürmü? Bu, insanlığa sığırmı? Sonra da ikili standartları inkar edirlər. Bu yerdə istər-istəməz Erix Mariya Remarkın “Yaşamaq vaxtı və ölmək vaxtı” romanından bir sitat yada düşür: “Şəhərləri bombalayanda bu, strateji zərurətdir, şəhərlərimizi bombalayanda isə bu, iyrənc cinayətdir”, - kanal qeyd edib.

Tarix
2023.04.03 / 13:50
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla