Yuxarı

Rusiya Türk Birliyinə üzv olmalıdır – Razuvayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Türk Birliyinə üzv olmalıdır – Razuvayev

Ukrayna ətrafında yaranmış vəziyyət Azərbaycan liderinin gələcəyə məntiqli strateji baxışına və Putinlə Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannaməni imzalamasına mane olmadı.

Axar.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı ekspert Aleksandr Razuvayev deyib.

“Rusiya Şərqə dönüş edir. Niyə? Axı Rusiyada bir dövlət olaraq türk komponenti tarixən güclüdür. Çoxdandır deyirəm ki, Rusiya Türk Dövlətləri Təşkilatına daxil olmalıdır. Ermənistan artıq Rusiyanın Aİİ və KTMT-də çoxdankı müttəfiqidir, amma praktikada əhəmiyyətli bir təsirə malik bir an belə xatırlamıram.

Görürük ki, heç bir bəyanat İrəvanı “ayıltmadı”. Ermənistan getdikcə AB ilə yaxınlaşmağa doğru irəliləyir. Moskvanın tənqidlərinə baxmayaraq, ərazisində AB missiyasına ev sahibliyi edir. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya liderinin müəyyən həbsinə order verəndə, birdən Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunda təsbit olunmuş öhdəlikləri tanıyır. Rusiya sülhməramlıları, KTMT isə İrəvanın daimi tənqid obyektidir. Bu, müttəfiq üçün kifayətə qədər qəribə yanaşmadır. Rusiya üçün regionda nəqliyyat və logistika layihələrinin işə salınması vacibdir. Ermənistan isə Üçtərəfli bəyanatın icrasını çətinləşdirir və daha çox sövdələşməyə çalışır. Amma bu cəhdlər bölgədəki güc balansını dəyişməyəcək. Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının 5 illik mandatı başa çatanda və sülhməramlılar gedəndən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi nəhayət həllini tapacaq. Heç kim Bakıya şərtlər diktə edə bilməz”, - ekspert bildirib.

O qeyd edib ki, İrəvan səmimi şəkildə NATO, ABŞ, Avropanın Qarabağın Ermənistanın tərkibində qalması üçün onlara kömək edəcəyinə inanır:

“Əslində bunların hamısı illüziyadır. Onlar üçün heç kim döyüşməyəcək. İrəvan istədiyini edən şıltaq uşaq kimidir, həm Rusiya, həm də bütövlükdə Qafqaz üçün. Ermənistan olmasa, Aİİ və KTMT çox itki verməyəcək, ona görə də biz onunla daha sərt olmalıyıq: əgər özünüzü belə aparırsınızsa, deməli, bəlkə bu strukturlara ehtiyacınız yoxdur?

İrəvanın Rusiyaya davamlı hücumlarına həssas cavab verilməlidir. Müxtəlif iqtisadi tədbirlər mümkündür. İstəsən, hər zaman bir yol tapa bilərsən”.

Tarix
2023.04.04 / 12:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Prezident Davosda mühüm tədbirdə iştirak etdi - Foto

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla