Yuxarı

ABŞ olmasa da, İrana qarşı dura bilərik – Halevi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ olmasa da, İrana qarşı dura bilərik – Halevi

İsrail hətta ABŞ-ın köməyi olmadan da İrana qarşı qabaqlayıcı zərbə endirməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Ramazan ayının ilk iki həftəsi nisbətən sakit keçdi - bu gecə vəziyyət dəyişdi. Məbəd dağında baş verən hadisələr həm Qəzzada, həm də İudeya və Samariyada gərginliyə səbəb olub. İsrail ordusu bugünkü reydlərdə terror təşkilatlarını hədəf alıb. İsrailə raket atılmasına lazımi cavab veriləcək. Ordumuz həm ucqar ərazilərdə, həm də evə yaxın ərazilərdə zərbə endirmək qabiliyyətinə malikdir. Qarşıdakı illərdə İsrail İrana qarşı deaktivləşdirici zərbə endirmək qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və məsafəyə baxmayaraq, belə bir zərbə dağıdıcı olacaq”, - Halevi bildirib.

Onun sözlərinə görə, İsrail istənilən təhlükəsizlik probleminin öhdəsindən gəlməyə qadirdir:

“Biz təkbaşına necə davranacağımızı bilirik və özümüz qərar vermək hüququmuz var. ABŞ bizim yanımızda olsaydı, yaxşı olardı, amma olması da mütləq deyil”.

Tarix
2023.04.05 / 15:47
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla