Yuxarı

TDT Zəngəzur dəhlizinin açılmasına hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TDT Zəngəzur dəhlizinin açılmasına hazırlaşır

Türk dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsi üçün mütləq şəkildə siyasi əlaqələrin yüksək səviyyədə olmasına böyük ehtiyac vardı. Bu siyasi vəhdətlik də artıq son dönəmlər kifayət qədər formalaşıb.

Bu sözləri Axar.az-a türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılması haqda qanun layihəsinin Milli Məclisdə qəbul edilməsi ilə bağlı açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqdan sonra türk dünyasının vahid inteqrasiya problemi həll olunacaq:

“Zəngəzur dəhlizindən sonra türk dövlətləri arasında istənilən, xüsusən də iqtisadi və ticari əlaqələrin yüksək səviyyəyə qalxacağına şübhə yoxdur. Türk dövlətləri arasında imzalanmış bu sazişi bilavasitə Zəngəzur dəhlizinin açılmasına hazırlıq mərhələsi olaraq qiymətləndirə bilərik. Çünki dəhliz açıldıqdan sonra Türkiyənin Orta Asiyaya birbaşa Azərbaycan üzərindən çıxışı mümkün olacaq. Həmçinin, Avropaya kimi uzanan Orta Dəhliz (Şərq-Qərb) Gürcüstandan yox, birbaşa Azərbaycandan Türkiyəyə keçə bilər. Bu da, təbii olaraq, logistik xərcləri aşağı salacaq. Həmçinin, gömrük sazişini də nəzərə alsaq, bunun avtomatik olaraq ticari dövriyyələrin artımına töhfə verəcəyini deyə bilərik. Bu isə birbaşa iqtisadi əməkdaşlığı şərtləndirir. Hesab edirəm ki, gömrüklə bağlı bu razılaşmalar hələlik pilot layihələr üzərindən icra olunacaq. Ancaq önəmlisi proseslərin əsasının qoyulmasıdır. Azərbaycanın coğrafi olaraq logistik istiqamət olması, həmçinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi ilə bağlı işlərin başlanılması Çinin Avropaya ixracını Rusiyadan yox, məhz bu orta hədd üzərindən etməyə maraqlı olmasına ciddi təsir edəcək. Belə olan şəraitdə daha təkmil, asan və rahat keçid məntəqələrinin yaradılmasına, gömrük xidmətlərinin göstərilməsinə ehtiyac var”.

Tarix
2023.04.07 / 08:45
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla