Yuxarı

Çavuşoğlunun Lavrova Qafqazla bağlı bu sözləri deməsi…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlunun Lavrova Qafqazla bağlı bu sözləri deməsi…

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra bildirib ki, Ankara Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasını zəruri hesab edir.

Axar.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

"Çavuşoğlu Türkiyənin mövqeyini ifadə etdi - bu, Azərbaycanla Ermənistan arasında ən qısa zamanda, təbii ki, tamamilə Bakının şərtləri ilə razılaşmanın bağlanmasıdır.

Lavrov da öz növbəsində deyib ki, Ermənistan və Türkiyə arasında bizim dəstəyimizlə başlamış münasibətlərin normallaşması prosesini, regionda nəqliyyat əlaqələrinin, kommunikasiyaların və təbii ki, Cənubi Qafqazın münaqişədən sonra yenidən qurulması üçün səyləri alqışlayırıq".

Safrastyan vurğulayıb ki, Rusiya Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaqda maraqlıdır, çünki Cənubi Qafqaz regionunda kommunikasiya xətlərinin bərpasını istəyir:

"Bu, indiki məqamda Rusiya üçün vacibdir. Belə ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında, regionda sabitliyin yaranmasında maraqlıdır".

O əlavə edib ki, Rusiya Ukraynadakı vəziyyəti nəzərə alsaq, regionda hər an Ermənistanla Azərbaycan arasında silahlı münaqişəyə çevrilə biləcək təlatümlü vəziyyətə qətiyyən ehtiyac duymur:

"Rusiyalı nazir həmçinin bəyan edib ki, Moskva qeyri-regional oyunçuların Cənubi Qafqaza müdaxilə etməyəcəyinə ümid edir.

Qərblə münasibətlərin son həddə çatdığını nəzərə alsaq, Rusiya Qərbin Cənubi Qafqaz regionuna hər hansı təsir göstərməsinə qarşıdır".

Tarix
2023.04.08 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla