Yuxarı

İran qovulan diplomatlarına görə “cavab” hazırlayır - Cavadi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayılan xəbərlərə görə, “Hüseyniyyun” terror qruplaşması Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında keçirəcəyi aksiyada diplomatlardan Təbrizi tərk etmələrini tələb edəcəklər.

Bu sözləri Axar.az-a Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O bildirib ki, aksiya İran rejimi tərəfindən təşkil olunub:

“Bilirik ki, “Hüseyniyyun” terror qruplaşması birbaşa İran dövləti tərəfindən himayə olunur. İki gün öncə, rəsmi dövlət orqanı olan “İran” qəzetində onların müsahibəsi yer almışdı. Bu da terror qruplaşmasının yüksək səviyyədə Tehran hökuməti tərəfindən dəstəkləndiyini sübut edir. Odur ki, bu aksiyanı “Hüseyniyyun” qruplaşması deyil, İran dövləti təşkil edir. Məqsədləri Azərbaycanın “persona-non-qrata” elan etikləri diplomatların heyfini almaq və ümumiyyətlə, konsulluq binasının tamamilə bağlanmasına nail olmaqdır”.

Məcid Cavadi diplomatlarımıza qarşı terror aktının təşkil edilməsini də istisna etməyib və tədbirli olmaq lazım gəldiyini qeyd edib.

O, İran rejiminin həyata keçirəcəyi hər hansı məkrli plana Güney Azərbaycan türklərinin səssiz qalmayacağını vurğulayıb:

“Təbii ki, Güney Azərbaycan türkləri bu mövzuda həssasdırlar. Məsələni diqqətlə izləyirlər. Lazım olsa, sərt təpkilər də verəcəklər. Yaxın zamanlarda İranın Azərbaycana təhdid siyasətinə etiraz olaraq xaricdə yaşayan Güney azərbaycanlılar etiraz aksiyası planlaşdırır”.

Tarix
2023.04.11 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla