Yuxarı

Laçın insidenti: Nə Bakıya, nə də İrəvana zəng edildi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçın insidenti: Nə Bakıya, nə də İrəvana zəng edildi...

Ermənistanın dünənki təxribatında üç məqama diqqət yetirmək lazımdır. Birinci məqam, Bakı-İrəvan sülh müqaviləsi və müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilmədiyi şəraitdə belə döyüşlər davam edəcək. Yəni bu öhdəliklər daxilində bütün problemlər siyasi-hüquqi formada həll olunmayanadək, ən xırda məsələlərin döyüşlərə gətirib çıxaracağı gözləniləndir. Bakı məhz ona görə İrəvanla qarşılıqlı öhdəliklər əsasında sülh müqaviləsi təklif edir. Azərbaycan Ermənistanla münasibətlərimizdə bu müqavilə və ondan sonra qəbul edilən sənədlərlərlə normativ hüquqi baza yaradılmasını, əlaqələrin çərçivəyə salınmasını istəyir. Lakin İrəvan Bakıya qarşı ərazi iddialarından əl çəkmir. Bununla da Ermənistan birbaşa sülh prosesinə maneə törədir.

Bunu Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

“İkinci məqam odur ki, Ermənistanda şərti sərhəddə baş verən proseslər olduqca vacib, bir nömrəli məsələ kimi müzakirə olunur. Paşinyanın reytinqi müxalifətlə mübarizədə zəifləmir, onun reytinqi Ermənistana ərazi təhdidi olduqda zəifləyir. Ona görə Nikolun irəli çəkdiyi zabitlər, onun dövründə vəzifəyə gətirilən hərbçilər özlərini göstərməyə çalışırlar. Dünən Ermənistan tərəfindən yaralanmış korpus komandiri də onlardan biridir. Adətən korpus komandiri general rütbəsində olur, amma bu hələ də polkovnikdir. O, xırda “qəhrəmalıqla“ daha irəli çəkilməli və Paşinyana qarşı çıxan generalları əvəzləməlidir. Təbii ki, İrəvan daxilində baş verən bu proseslər sülhə ciddi təsir göstərir.

Üçüncü məqama gəlincə, diqqət edək ki, dünən Azərbaycan-Ermənistan arasında baş verən döyüşlərdən sonra heç bir vasitəçi tərəflərlə telefon danışığı aparmadı. Bu da onu gösətirir ki, artıq vasitəçilər də bu prosesə mütəmadi olaraq qarşımaqdan yorulublar”, - o bildirib.

Tarix
2023.04.12 / 15:16
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

İlham Əliyev Tokayevə zəng etdi

Mirziyayev Bakıya gəlir

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla