Cavab: İlk öncə qeyd etmək istəyirəm ki, mən bütün
azərbaycanlıların bu məsələnin nizamlanması istiqamətində
irəliləyişin əldə olunmaması ilə bağlı və artıq 20 il keçməsinə
baxmayaraq hansısa bir irəliləyişin, nəticənin əldə olunmaması ilə
bağlı məyusluğunu anlayıram. Amma mən sizi və Azərbaycan xalqını
əmin etmək istəyirəm ki, biz bu münaqişənin həll olunmasına
sadiqik. Dövlət katibi Kerri bu məsələ ilə çox yaxından maraqlanır,
bu işin həll olunmasını çox istəyir və maraqlıdır. Bizim yeni
həmsədrimiz var. Səfir Uorlik bu məsələyə yeni yanaşma gətirir,
yeni yanaşma sərgiləyir. Mən bunu ona görə deyirəm ki, cənab
Uorlikin Bakıda prezident və xarici işlər naziri ilə iki görüşündə
iştirak etmişəm. Düşünürəm ki, o da, biz də Ermənistanda və
Azərbaycanda seçkilərin başa çatmasından sonra bir fürsətin
yaranmasını görürük. Ümidvarıq ki, bu il ərzində hər iki ölkə
prezidentləri arasında görüş baş tutacaq. Biz əlimizdən gələni
edəcəyik, Minsk Qrupu vasitəsi ilə səylərimizi davam etdirəcəyik və
səfir Uorlikin səyləri vasitəsi ilə yeni yaradıcı yanaşmalar
vasitəsi ilə ümidvarıq ki, bütün bunların vasitəsi ilə hazırkı ölü
nöqtədən, dalandan məsələnin irəli getməsinə, irəliləyişin əldə
edilməsinə nail olacağıq.
Sual: Amma səfir Uorlikin Azərbaycana səfəri
zamanı cəbhə xəttində, xüsusilə də Azərbaycan-Ermənistan sərhədində
atışma qeydə alındı, gərginlik oldu. Ermənistanın baş naziri bəyan
etdi ki, buna cavab veriləcək. Belə görünür ki, gərginlik artacaq.
Gərginliyin qarşını almaq üçün ABŞ hansı addımlar ata bilər?
Cavab: Hesab edirəm ki, bu məsləyə ATƏT-in Minsk
Qrupu və həmsədrlər cavab verməlidirlər. Onu da əlavə etmək
istəyirəm ki, bu cür çıxışlar, bu cür ritorika prosesə hər hansı
köməklik göstərmir. Ümidvarıq ki, bütün tərəflər gərginliyin
artmasına gətirib çıxaracaq hər hansı bir addımların atılmasından
çəkinəcəklər.