Yuxarı

Separatçılar erməniləri hədələdi: Pulu ödəməsəniz...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıları erməni əhalisini hədələyib.

Axar.az xəbər verir ki, separatçıların “dövlət naziri” kimi təqdim edilən Qurgen Nersisyan erməni icması üzvlərini götürdüyü kreditləri dərhal ödəməyə çağırıb, əks halda onlarla “polislərin” məşğul olacağını deyib.

Erməni mediasının məlumatında qeyd edilir ki, icma üzvlərinin götürdüyü kreditin həcmi 150 milyard dram (380 milyon dollar) təşkil edir.

Erməni icmasının nümayəndələri isə mediaya açıqlamalarında kreditləri qaytarmaq imkanında olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, hazırda Xankəndi və ətrafında heç bir ev, mülk, torpaq sahəsi satılmır, alıcı yoxdur, ən ucuz evlərə də qiymət verən yoxdur. Buna görə də ermənilər kreditləri mülklərini satıb ödəmək imkanından da məhrumdurlar.

Nersisyan isə bunu icmanın “təxribatı” adlandırıb, deyib ki, ermənilər kreditləri qəsdən qaytarmır və bu da “investisiya fondu”nun işini iflic edir.

Tarix
2023.04.29 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla