Yuxarı

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş nazir müavininə yeni vəzifə verildi

Azərbaycanın kənd təsərrüfatı nazirinin keçmiş müavininə yeni vəzifə verilib.

Report-un məlumatına görə, sabiq nazir müavini Bəhram Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində yaradılan Su ekologiyası və su təsərrüfatı elmi-tədqiqat laboratoriyasının müdiri təyin olunub.

Bundan başqa, keçmiş nazir müavini Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin edilib.
B.Əliyev "Report"a açıqlamasında bildirib ki, laboratoriya noyabrın 20-dən fəaliyyətə başlayıb: "Bizim əsas məqsədimiz sudan səmərəli istifadə etməkdir. Laboratoriya üçün Abşeronun Pirşağı qəsəbəsində 1 hektar ərazi ayrılıb. Həmin ərazidə suya qənaət edən suvarma texnikalarının sınağı və adaptasiyası ilə məşğul olacağıq. Burada kadr potensialı inkişaf etdiriləcək, bakalavrlar, magistrlar, doktorantlar elmi işlərini həyata keçirəcəklər. Abşeronda suya qənaət edən suvarma sistemlərini tətbiq edəcəyik. Bundan sonra Azərbaycanın bütün bölgələrində laboratoriyalar yaradılacaq. Biz suya qənaət edən suvarma texnikalarından istifadə etməklə bitkilərin, heyvanat aləminin, insanların suya olan tələbatının tamamilə ödənilməsi üçün çalışacağıq. Əsas məqsəd su itkisinə yol verməməkdir".

O qeyd edib ki, hələlik Su ekologiyası və su təsərrüfatı elmi-tədqiqat laboratoriyasında 5 nəfər işləyir: "Amma gələcəkdə işçilərin çoxaldılması, 100 nəfərə qədər çatdırılması nəzərdə tutulub. Çünki genişmiqyaslı işlər görülməsi planlaşdırılır. Universitetin bizə ayırdığı sahədə böyük laboratoriya korpusu tikiləcək. Orada müasir laborator avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın gələcəkdə dünya sisteminə qoşulması və saytının yaradılması planlaşdırılır".

Tarix
2015.12.02 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla