Yuxarı

Akar İrəvanı Bakıya görə hədələdi, Çavuşoğlu isə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akar İrəvanı Bakıya görə hədələdi, Çavuşoğlu isə…

Azərbaycan-Ermənistan danışıqları fonunda Ankara-İrəvan xəttində də gərginlik var: Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb, hətta Paşinyanın Çexiya səfəri zamanı da hava yolu verilməyib; rəsmi Ankara daha sərt addımların atıla biləcəyi xəbərdarlığını edir.

İrəvanda “Nemezis” (türk diplomatları qətlə yetirən terrorçular) adibəsinin qoyulmasından sonra başlanan bu gərginliyin arxasında Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, Bakı-İrəvan sülh danışıqlarını da əhatə edən nüanslar var.

Paşinyan bildirir ki, abidənin qoyulmasından xəbərləri yoxdur və bu addım yanlışdır. Erməni baş nazirin yalan danışdığı bəllidir, abidə İrəvan meriyasında hakim komandanın təşəbbüsü ilə qoyulub. Abidənin qoyulması, daha sonra Nikolun bu addımı tənqid etməsi İrəvanın Ankara qarşısında “geri çəkilməsi” kimi görünsə də, əslində bunun erməni ictimai rəyinə hesablanan plan olduğu versiyası istisna deyil: “Nemezis” mirasına hörmətlə “satqın türk” ittihamlarına qarşı “milli xətt”i unutmadıqlarını göstərir, eyni zamanda, belə “milli xətt”in davam etdirilməsinin ziyan gətirdiyini – hava məkanının bağlanması – də nümayiş etdirirlər.

Türkiyənin cavab tədbirləri isə təkcə “Nemezis” abidəsinə görə erməniləri “ağıllandırmaq” yox, həm də sülh danışıqlarında prosesi dalana dirəyən İrəvana xəbərdarlıq etməyə hesablanıb. Və bunu həm diplomatik, həm hərbi dillə izah edirlər: Çavuşoğlunun “Nemezis”lə bağlı açıqlamasında İrəvana “Bakı ilə razılaşmayacaqları təqdirdə, Ankara ilə də əlaqə mümkün deyil” mesajı, Hulusi Akarın “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” adlı məqaləsində isə “sülh sazişinin imzalanmamasının hərbi addımlara zərurət yarada biləcəyi” mesajı var idi.

Tarix
2023.05.07 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla