Yuxarı

Vitse-prezident: “Əgər qayıq sınmasaydı…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vitse-prezident: “Əgər qayıq sınmasaydı…”

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında "Günəşli" yatağında baş verən yanğınla bağlı jurnalistlərə açıqlama verib.

Musavat.com xəbər verir ki, X.Məmmədov aparılan işlərlə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcəyini deyib:

"İtkin düşənlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Xəzər Dəniz Gəmiçiliyinin və Sərhəd Qoşunlarının gəmiləri, helikopterləri axtarış aparır. Türkmənistan, İran sərhədçiləri ilə danışılıb, razılıq alınıb. Əgər onlar tərəfdən cənazə tapılarsa, bizə xəbər verəcəklər.

Məndə elə bir məlumat yoxdur ki, orada təhlükəsizlik tədbiri ilə bağlı hər hansı bir nöqsan olub. Əksinə, platforma rəisi ilə də danışdım. Gördüm ki, təxliyə planına uyğun, təhlükəsizlik qaydalarına tam riayət olunmaqla hərəkət edilib. Sadəcə, küləyin sürəti o qədər böyük olub ki, xilasetmə qayıqları dirəylərə çırpılaraq sınıb".

Vitse-prezident xilasetmə qayıqlarının keyfiyyəti barədə də danışıb: "Orada 4 qayıq olub. Bu gün də onlardan ikisi orada qalıb. Onlar Cənubi Koreya istehsalı olan ən müasir xilasetmə qayıqlarıdır. Hər qayıq 42 nəfər tutur və onlar qayıqda 7 gün ərzində yaşaya bilərlər. Yəni qayıqda bütün azuqələr olur. Qayıq heç zaman çevrilə bilməz. Təəssüf ki, külək onu dəmirlərə çırparaq sındırıb. Qayıq sınmasaydı hər bir işçi sağ-salamaq xilas olacaqdı".

Tarix
2015.12.06 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla