Yuxarı

SOCAR: "Zərərçəkənlərə maddi yardım ediləcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR: "Zərərçəkənlərə maddi yardım ediləcək"

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərin yaxınlarının qayğılarını qarşılamaq üçün SOCAR-ın müxtəlif strukturlarında müvafiq qruplar yaradılıb.

APA-nın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Bütün işləri SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov koordinasiya edir. Yaradılan qruplarda iştirak edən əməkdaşlarımız itkin düşənlərin yaxınları ilə mütəmadi əlaqə saxlayaraq, onların problemləri ilə maraqlanır, axtarış tədbirləri barədə lazımi informasiyanı çatdırır. Təbii ki, xəstəxanada olan əməkdaşlarımız da diqqətdən kənarda qalmayıb, onlarla da mütəmadi əlaqə saxlanılır. Bilirsiniz ki, ölkə başçısının imzaladığı sərəncama əsasən həmin ailələrə müvafiq maddi yardımın edilməsi nəzərdə tutulub. Təbii ki, maddi yardım göstəriləcək", - deyə X. Məmmədov bildirib.

Tarix
2015.12.06 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla