Yuxarı

İlham Əliyev Çinin avtomobil zavodunda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Çinin avtomobil zavodunda - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Çinin Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Dövlətimizin başçısına məlumat verildi ki, bu müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə Sian şəhərində yaradılmış zavodun hazırda 23 min işçisi var.

İstehsal prosesinə baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müəssisənin buraxdığı yük maşınları "SACHMAN", avtobusları isə "Eurostar Bus" brendləri altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. "SACHMAN" yük avtomobilləri Almaniyanın "MAN" şirkəti ilə birgə əməkdaşlıq sayəsində istehsal edilir.

Şaansi avtomobil zavodunun daxil olduğu "Shaanxi Automobile Group Co. Ltd" ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi əyalətində yerləşir. Şirkət avtobus və yük maşınları ilə yanaşı, digər yük avtomobil istehsalçıları üçün də ehtiyat hissələri buraxır. Çinin avtomobil sənayesində xüsusi payı olan bu şirkət ötən müddətdə 600 mindən çox müxtəlif təyinatlı avtomobil istehsal edib.

Şirkətin Sian şəhərindəki texnoparkında yük avtomobilləri, avtomobil şassisi və mühərrik zavodları, texniki, satış mərkəzləri fəaliyyət göstərir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.

Tarix
2015.12.09 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla