Yuxarı

Ayaz Mütəllibov: “Heydər Əliyevə dedim ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayaz Mütəllibov: “Heydər Əliyevə dedim ki…”

1974-cü ildə Moskvadan mənə zəng etdilər və dedilər ki, səni maşınqayırma birliyinə müdir təyin edirik. Bu zavodun fəaliyyəti axsayırdı. Axırda boğaza yığılan ittifaqdakı nazirlik bildirdi ki, ya bu zavoda görə məsuliyyəti üzərimə götürməliyəm, ya da o zavodu sökəcəklər, materiallarını Litvaya göndərəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Ayaz Mütəllibov deyib. Eks-prezident "Modern.az"a geniş müsahibəsində bildirib ki, zavodun sökülməsinə vicdanı yol verməyib:

"Heydər Əliyevlə görüşüm baş tutdu. Çox yaxşı görüş idi. Onunla səmimi söhbətimiz oldu. Məndən hal-əhval tutdu, işlərimin necə olduğunu soruşdu.

Sumqayıtdakı zavodu nəzərdə tutaraq dedi: "Mənə de görüm, bu zavod nə zaman işləyəcək?" Mən isə bildirdim ki, kadr problemi var. O da mənim sözümə qüvvət olaraq dedi: "Deməli, problem kadrlardadır".

Heydər Əliyevə dedim ki, zavodun tam gücü ilə işləməsi üçün 5 il vaxt lazımdır. O da məni başa düşdü. Heç nə demədi. Dərhal söhbətin mahiyyətini tutdu.

Bu mənim çox xoşuma gəldi. O boyda vəzifə sahibi özünü çox sadə aparırdı, deyilənləri də başa düşürdü. Mənə bir kəlmə dedi: "Sənə mütləq kömək etmək lazımdır. Mən başa düşürəm ki, o zavod münasib yerdə deyil".

Onun sözlərinə görə Elçibəyi Heydər Əliyevlə müqayisə etmək düzgün deyil: "Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var".

O, Prezident İlham Əliyevlə görüşmədiyini də söyləyib: "Ancaq mətbuat vasitəsi ilə onun siyasətini dəstəklədiyimi bəyan etmişəm. Hər şey göz qabağındadır.

Həm də açığı, Prezident İlham Əliyevlə görüşə cəhd etməmişəm. Çünki sabah elə bir söz-söhbət qoşarlar ki, heç bunun altından çıxmaq olmaz".

Tarix
2015.12.10 / 12:57
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla