Yuxarı

Ermənilər əsirlikdə olan Hüseynlə bağlı xəbər yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər əsirlikdə olan Hüseynlə bağlı xəbər yaydı

Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun bu gün saxta, uydurma məhkəməsi keçiriləcək.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, məhkəmənin Qərbi Zəngəzur vilayətinin hakimi Napoleon Ohanyanın sədrliyi ilə təşkil ediləcəyi bildirilir.

Qeyd edək ki, “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaq” “əsasları” ilə mayın 8-i azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində hökm çıxarılıb. Hüseyn Axundov eyni zamanda Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Tarix
2023.06.09 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla