Yuxarı

Apellyasiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Apellyasiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı

Milli Məclis Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar verib.

Axar.az bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Qərarda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəmilova Xəyalə Adil qızı,

Zeynallı Fərmayıl Gülmalı oğlu.

3. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Rafael Əmir oğlu Eyvazov Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

5. Bu Qərarın 1-ci bəndi imzalandığı gündən, 2-4-cü bəndləri 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Tarix
2015.12.18 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

9 il öncə imzalanmış bu Bəyannamə... - Prezident

Yeni klinikanın direktor müavini də işdən çıxarıldı

Şuşa xəstəxanasının tikintisində nə qədər mənimsənilib?

Dövlət Agentliyində pozuntular: Müqavilələrin 80 faizi...

XİN-də işləmək istəyənlərin diqqətinə!

Sahibə Qafarova Latviya prezidenti ilə görüşdü

İlham Əliyev bu ölkəyə səfərə dəvət olundu

Bizim təcrübədən Qarabağda istifadə edə bilərsiniz!

Magyar bu tarixdə and içəcək

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla