Yuxarı

2015 nə ilə yadda qaldı? – Millət vəkilləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
2015 nə ilə yadda qaldı? – Millət vəkilləri

2015-ci ilin ən yadda qalan hadisəsi I Avropa Oyunları idi. Bu Oyunları ölkəmiz üçün çox əhəmiyyətli hesab edirəm.

Bu sözləri Axar.az-a deputat Aydın Mirzəzadə 2015-ci ilin əsas hadisələrini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, il ərzində ikinci böyük hadisə parlament seçkiləridir.

A.Mirzəzadə hesab edir ki, bu il faciəvi hadisələr də baş verib: "Buna çoxmərtəbəli binanın yanması, eləcə də "Günəşli" yatağında baş verən güclü yanğın aiddir. Nəticədə insan itkiləri oldu.

2015-ci il eyni zamanda manatın devalvasiyası ilə yadda qaldı. Təbii ki, bu, iqtisadi zərurətdən irəli gələn bir məsələ idi".

Millət vəkili Aqil Abbas isə bu ilin məhz onun üçün uğurlu olduğunu deyib: "2015-ci ildə I Avropa Oyunları keçirildi. Bu, ölkəmizin tanıdılmasında çox böyük rol oynadı. Düşünürəm ki, bu, xalqımız üçün ən yadda qalan hadisəsi oldu.

2015 millət vəkili seçilməyimlə mənim üçün də uğurlu, yaddaqalan bir il oldu".

Millət vəkili Fazil Mustafa isə 2015-ci ilin ən aktual hadisəsini manatla əlaqələndirdi:

"Düşünürəm ki, 2015-ci ilin ən aktual hadisəsi manatla bağlı oldu. Digər tərəfdən bu il Qarabağ mövzusu ilə də yadda qaldı.

Parlament seçkilərini də ilin əsas xəbərləri siyahısına aid etmək olar. Ümumilikdə xarakterizə edəndə 2015-i uğurlu il hesab edirəm".

Tarix
2015.12.22 / 09:59
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Azərbaycanın siyahısında onun da adı var

Kobaxidze Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla