Yuxarı

“Suriyadan qovulanlar bizim insanımızdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdan, indi də İraq və Suriyadan öz yurdundan zorla qovulan bizim insanımızdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva İzmirdə "Azərbaycan-Türkiyə münasibətləri: Türk Dünyası dünəni, bu günü və gələcək prespektivləri"ndən danışan zaman deyib.

O, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edib.

"Birlik, bərabərlik üçün ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan Qənirə Paşayeva gücün birlikdə olduğunu və birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə apara biləcəklərini deyib.

Millət vəkili həmçinin çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışıb.

"Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, onun işğaldan azad edilməsi üçün çalışmalıdır. Qarabağdan indi də İraq və Suriyadan öz yurdundan zorla qovulan bizim insanımızdır, onlara daha çox sahib çıxmalıyıq. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq".

Bu məsələdə ailələrimizim, müəllimlərimizin, siyasətçilər, QHT, KİV, aydınlar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları daha fəal olmağa çağırıb.

Qənirə Paşayeva tədbirin sonunda tədbir iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu "Qarabağ hekayələri" kitabını da imzalı hədiyyə edib.

Millət vəkili İzmirdə bir sıra televiziya kanallarına, agentlik və qəzetlərə də Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyasının bugünkü vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib və sualları cavablandırıb.

Tarix
2015.12.22 / 11:32
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla