Yuxarı

Rusiya Qarabağla bağlı çağırış etdi - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağla bağlı çağırış etdi - Rəsmi

Rusiya Dağlıq Qarabağ ərazisində vəziyyətin gərginləşməsindən narahatdır və münaqişə tərəflərini sərhəddə vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.

Məlumatda deyilir: "Dağlıq Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsindən narahatıq. Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında ölənlər var. Dinc sakinlər arasında yaralananların olduğu bildirilir. Hesab edirik ki, gələcəkdə gərginliyin artması halında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üçün mənfi nəticələr qaçılmaz olacaq. 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan-Ermənistan sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ciddi şəkildə çətinləşə bilər.

Münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş əlavə tədbirlər görməyə çağırırıq. Bu tədbirlər sırasına 1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmada nəzərdə tutulmuş mexanizmlərin işə salınması da daxildir".

Qeyd edək ki, son günlər cəbhə xəttində ciddi gərginlik yaşanır. Erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması halları dəfələrlə artıb. Hətta ermənilərin kəşfiyyat-diversiya qrupları Azərbaycan ərazilərinə girərək əməliyyatlar aparmağa çalışıblar. Bu zaman onların çoxlu sayda itki verdikləri bildirilir. Eyni zamanda, atəşkəsin tez-tez pozulması nəticəsində Azərbaycan Ordusunun iki zabiti şəhid olub. Yanvarın 28-də isə ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd edərkən ələ keçirilib. (Trend)

Tarix
2014.01.30 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla