Yuxarı

“Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC

"Bakıda fərdi yaşayış evlərində elektrik enerji verilişində problemlər var".

"Axar.az" "AzNews.az"-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T. Mustafayev bildirib ki, paytaxtda havanın qarlı və küləkli olması səbəbindən paytaxtın Sulutəpə, Binəqədi və bir sıra kənd və qəsəbələrinin bəzi yerlərində, fərdi yaşayış evlərində elektrik enerjisinin verilməsində problem yaranıb. Hətta bəzi yerlərdə enerji infrastrukturu demək olar ki, iflic olub.

O vurğulayıb ki, "Bakıelektrikşəbəkə" paytaxtda baş vermiş enerji qəzalarının nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlərə başlayıb: "Hazırda Səhmdar Cəmiyyətin xüsusi briqadaları qəzanın baş verdiyi ərazilərə təhkim olunub və qısa zamanda abonentlər elektrik enerji ilə təmin olunacaqlar. Sözügedən yerlərdə elektrik enerjisində problemlərinin yaranma səbəbi vətəndaşların fərdi evlərinə çəkdikləri xətlərdə çoxlu sayda qırılmalar baş verib. Hazırda yeraltı elektrik xətlərinin olduğu ərazilərdə enerji təminatı normal qaydadadır".

T. Mustafayev əlavə edib ki, "Bakıelektrikşəbəkə" qarlı hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışır: " "Bakıelektrikşəbəkə" ASC abonentlərdən xahiş edir ki, yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq".

Tarix
2014.01.31 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla