Yuxarı

Səud-İran konflikti: Moskva Tehrandan üz döndərir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səud-İran konflikti: Moskva Tehrandan üz döndərir

İranla Səudiyyə Ərəbistanı arasında inkişaf edən böhran ağır fəsadlara yol açacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert belə bir vəziyyətdə Rusiyanın İranı dəstəkləməyəcəyini bildirib:

"İranla Səudiyyə Ərəbistanı arasındakı bu münaqişə çoxsaylı problemlərə gətirib çıxaracaq. Söhbət açıq münaqişədən gedir. Belə bir vəziyyətdə Səudiyyəni bütün ərəb aləmi dəstəkləyə bilər. Burada maraqlı bir məqam ondan ibarətdir ki, Rusiya aşkarcasına İranı dəstəkləməyəcək. Əksinə, bir çox hallarda münaqişənin tənzimlənməsi üçün öz vasitəçiliyini təklif edəcək. Moskvanın belə bir addım atmasında əsas səbəb isə öz siyasi maraqlarını güdməsindən qaynaqlana bilər".

Politoloq hesab edir ki, İranla Səudiyyə arasında davam edən böhran Rusiyanın Suriyadakı mövqelərinə ciddi təsir göstərməyəcək:

"Əksinə, Moskva münaqişədən maksimum dərəcədə məsafə saxlamağa çalışacaq. Çünki bu münaqişədə Rusiyanın mövqelərini zəifləməsi Kremlin Suriya siyasətinə mənfi təsir göstərə bilər".

Tarix
2016.01.05 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla