Yuxarı

Bu ərazilərin rezidentləri üçün vergi ilə bağlı güzəşt varmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərin rezidentləri üçün vergi ilə bağlı güzəşt varmı?

İşğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisə bu ərazilərdə ictimai iaşə xidmətləri göstərdiyi halda mənfəət vergisi bəyannaməsini və ya digər vergi hesabatlarını təqdim etməlidirmi?

Bununla bağlı Dövlət Vergi Xidmətindən Axar.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim etməlidir. İşğaldan azad edilmiş ərazinin rezidentləri üçün vergi hesabatlarının təqdim olunmasında fərqli qayda müəyyən edilməyib və həmin vergiödəyiciləri vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim olunmalıdır.

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə, habelə vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə, maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Tarix
2023.09.18 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla