Yuxarı

Millət vəkili: “İslahatlar bir çox sahəni əhatə edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “İslahatlar bir çox sahəni əhatə edəcək”

Ölkə Prezidenti bütün imkanlarından istifadə edəcək ki, Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətdən az itki ilə çıxsın.

Bunu Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib. Millət vəkili Prezident İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirə barədə danışıb:

"Neftin ucuzlaşması və bu fonda manatın hazırkı durumu istiqamətində müəyyən addımların atılması gözləniləndir. Ölkə Prezidenti bütün imkanlarından istifadə edəcək ki, Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətdən az itki ilə çıxsın. Bunun üçün bütün lazımı tədbirlər həyata keçiriləcək. Çevik idarəetmə sisteminin formalaşması istiqamətində kifayət qədər iş görülür. Bu prosesə hazırda cənab Prezidentin səlahiyyətləri çərçivəsində çox ciddi şəkildə baxılır. Hesab edirəm ki, yaxın zamanlarda atılacaq addımlar ölkə iqtisadiyyatına önəmli təsir göstərəcək və öz töhfəsini verəcək. Struktur islahatlarına gəlincə, bu, bir çox sahələri əhatə edəcək. Biz də gözləyirik. Ümumiyyətlə, 2016-cı il çevik idarəetmə və islahatlar dövrü olacaq".

Qeyd edək ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Tarix
2016.01.12 / 09:18
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla