Yuxarı

TRT Bakıdan canlı yayım verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT Bakıdan canlı yayım verəcək

20 Yanvar günü TRT-nin nəzdində olan 3 telekanal faciəmizdən danışacaq. Türkiyənin "TRT Haber" və "TRT Avaz" telekanalları yanvarın 20-də Qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı 1 saatlıq canlı yayım verəcək.

Bu sözləri Axar.az-a TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan bildirib.

Onun sözlərinə görə, TRT ənənəsinə sadiq qalaraq bu il də faciə qurbanları və onu törədənlərlə bağlı Şəhidlər Xiyabanından canlı süjetlər və xəbərlər yayımlayacaq:

"20 Yanvar günü "TRT Haber" və "TRT Avaz" televiziya kanallarında faciədən bəhs edən 4 videoçarx və Qədir Rüstəmovun ifasında səsləndirilmiş "Sona bülbüllər" mahnısının fonunda qısametrajlı film efirə veriləcək. Eyni gündə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı 25 dəqiqəlik xüsusi veriliş də hazırlayırıq. Faciəni yaşayan bir nəfər və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bu verilişin qonağı olacaq".

O, 20 Yanvar günü TRT-1-in gün ərzində xəbərlər buraxılışlarında da bu mövzunun gündəmdə saxlanacağını bildirib.

Tarix
2016.01.15 / 12:53
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla