ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid
Mustafayev ANS TV-nin efirində yayımlanan "Nəzər Nöqtəsi"
verilişinin qonağı olub.
Vahid Mustafayevin müsahibəsini təqdim edirik:
– Siz "Qanlı Yanvar" filminin həm ssenari müəllifi, həm
də rejissorusunuz. Hadisələrin şahidi olmağınız ssenari müəllifi
kimi nə dərəcədə kömək oldu. Yəni siz gördüklərinizi, müşahidə
etdiklərinizi ssenaridə əks etdirə bildinizmi?
– Öncə bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun demək
istiyirəm. Biz bu gün, əsasən Azərbaycanın müasir tarixinin şanlı
səhfəsini qeyd edirik. Azərbaycanın müstəqilliyi, eləcə də bizim
bügünkü günümüz uğrunda öz şirin həyatlarını bizə və vətənə
bağışladıqlarına görə onların hamısına rəhmət diləmək istəyirəm.
Onların valdeyinlərinə mən təşəkkürümü bildirmək istəyirəm ki, belə
oğullar, qızlar böyüdüblər. "Qanlı Yanvar" filminin ərsəyə
gəlməsində mənim gördüklərimin hansısa bir faydasının
olub-olmamasına gəlincə, sözsüz ki, olub. Ümumiyyətlə, bu film
demək olar ki, 90 faiz mənim gördüklərimin əsasında çəkilib. Filmin
əvvəlində də qeyd edilib ki, film baş verən real hadisələrin
əsasında çəkilib. Bu hadisənin üzərindən uzun bir müddət – 26 il
keçib. Bu isə böyük bir rəqəmdir. Düşünürdüm ki, bu hadisə haqqında
film çəkiləcək. Buna görə də biz özümüzü çox irəli çəkmirdik ki, bu
işdə hansısa bir töhvə verək. Lakin dostlarımın, silahdaşlarımın
rəhmətə gedən şəhidlərin ruhu, sözün düzü məni sakit oturmağa imkan
vermirdi.
Bu istər "Xoca", istər "Yaddaş", istər "Bulağıstan" və digər
filmlərimdə olduğu kimi. Hər dəfə yuxudamı, xəyallarımdamı
uşaqlarla görüşürdüm. Onlar tərəfindən bir növ təpki görürdüm. Nə
təpkisiydi bu? İnsanlar özlərinin həyatlarında ən şirin olan
canlarını, həyatlarını, gələcəklərini nəyəsə görə bir anda verməyə
hazır olmaları, şücaəti, qəhramanlığı məni həmişə heyrətləndirirdi.
Biz bir yerdəydik. Amma hansısa bir müddətdən sonra biz aramızdan
bir neçə adamı tapa bilirdik. Onlar şəhid olmuşdular, yox idilər.
Bu da sözsüz ki, pula və yaxud hansısa bir orden və medala görə
edilən hərəkətlər deyil. Bu həyatını verən gənc oğlana sadəcə
olaraq gələcək nəsillərdə cavan, gözəl bir xanımın onlar haqqında
şeir, mahnı oxuması, yaxud film şəklində onların qəhramanlığını
göstərməsinə görə bunları edirdilər? Məhz vətən yanğısı o deməkdir
ki, mən vətənə görə belə yana bilirəm, sən də onu edə bilərsənmi?
Sözün düzü hər dəfə bir filmləri ərsəyə gətirəndə bir az
sakitləşirəm. O uşaqların da təpkisindən azad oluram.
- Müsahibələrinizdə belə demisiniz ki, içimdə bir qorxu
vardı bu filmi çəkməmişdən öncə. Zənnimcə məhz siz o barədə
danışırsız.
- Hadisələrlə bağlı hərbçilər məni daha yaxşı baş düşərlər.
Hadisələrdə iştirak edən və hadislər zamanı dost itirənin
depresiyon vəziyyəti daim onun üzərində olur. İnandırım ki,
depresiyadan çıxış yollarından biri də belə filmlərin ərsəyə
gətirilməsidir.
– Biz bu hadisələrin şahidi olmuşuq. Fikirimcə, bu o
hadisələr idi ki, həmin dövrdə şəxsiyyətlər yetişirdi. Bu gün
Azərbaycan gündəmində nəzərə çarpan şəxsiyyətlər, maraqlı insanlar,
istər yaradıcılıq, istərsə də siyasi sahədə olsun məhz həmin dövrün
yetişdirdiyi insanlardır. Necə bilirsiz bu dövr bir şəxsiyyət
yetişdirmək baxımından da qiymətli bir dövr idi.
– Sizinlə tamamilə razıyam. Sosialogiyanın bir elm olaraq
qanunları var. Hər bir cəmiyyətin aparıcı qüvvəsi sosialogiya
elminə əsasən iki faiz olur. Pozitiv və neqativ qüvvələrin
toqquşması nəticəsində cəmiyyətdə bir inkişaf olur, cəmiyyət
irəliləyir. Əhalimizin iki faizini götürsək - 8 milyonun iki faizi
hardasa 16 min adam edir. Ümumiyyətlə 1980-ci illin axırları və
1990-cı illin əvvələrindən atəşkəs elan olunan dövrə qədər hardasa
20 minə yaxın gəncimizi itirmişik. Sosialogiya elminin qanunlarına
əsasən yəqin ki, demokratiya, müstəqillik və torpaq uğrunda
müharibələrdə bizim itirdiklərimiz ən qeyrətli uşaqlar və ən
pozitiv qüvvə idi. Bu nə deməkdir? Bu isə o deməkdir ki, o zaman
biz bütün bir təbəqəni, yəni qabaqdan gedən pozitiv hissəni
itirdik. Qaldı ancaq neqativ.
– Amma mən deməzdim ki, ancaq neqativlər qalıb. Çünki
neqativ qalsaydı bu cür bədii əsərlər yaranmazdı.
– Mən ümumiyyətlə öz həyatım boyu Azərbaycan xalqını müxtəlif
vəziyyətlərdə müşahidə etmişəm. Azərbaycan xalqı mobilizə etməyi
bacaran xalqdır. Bir anda daxili potensialını, yəni tarixən bizim
qanımızda olan qəhrəmanlıq, şücaət hislərini bir anda göstərə
biləcək bir millətdir. Fikir verdinzisə filmdə əsasən 6-7 gənc
tamamilə fərqli insanlardır. Onlar arasında namaz qılan Əli də var.
Onların hamısı romantikdilər. Biri qəhraman, digəri isə cənnətə
düşmək istəyir. Fikir verin ki, onların hamısının ideyaları təmiz
və safdır. Bunların heç biri ölmək haqqında fikrləşmirdilər. Amma
hamısı istəyirdilər ki, vətənləri müstəqil olsun. Bunların arasında
xuliqanı da, söyüş söyəni də var. Biz eyni zamanda filmdə bir növ
işğalçıların qarşısını almağa hazırlaşan gənclərin sərbəst bir
şəkildə rəqs etdiyini görürük. Digər bir tərəfdən isə iki inqilabçı
bir-birilə öpüşürlər. Mən uşaq olanda yadımdadır ki, hər zaman
valdeyimlərim deyirdi ki, özünü yaxşı aparmalısan, məktəbdə
qiymətlərin yaxşı olmalıdr, yoxsa sən heç vaxt qəhrəman
olmayacaqsan. Biz doğrudan Sovet filmlərinə baxanda görürdük ki,
qəhrəman adamlar həmişə məktəbdə əlaçı və hamıdan qabaqcıl olmalı
idilər. Lakin bu həyatda belə deyil. Həyatda isə məktəbdə ən pis
oxuyan oğlan belə qəhrəman ola bilər. Ona görə ki, qəhrəmanlıqla,
şücaətlə, vətənpərvərliklə digər sahələrin heç bir əlaqəsi yoxdur.
Bu tamamailə fərqli bir notdur, tamamilə fərqli bir yerdə
yerləşir.
– Razılaşın ki, bunu yetişdirmək lazımdır. Amma bunu
yetişdirmək, istiqamətləndirmək lazımdır. İnanıram ki, bu filmə
baxandan sonra auditoriyanın böyük bir qismində ya vətənpərvərlik
hissi onlarda artacaq, ya da onlarda yaranacaq. Burada gəncləri
nəzərdə tuturam.
– Düşünürəm ki, vətənpərvərlik hissi ananın südü ilə insana
keçir. Mənim sadəcə olaraq filmdə vətənpərvərliyi aşılamaq
fikirlərim yox idi.
– Elə bir niyyətiniz olmayıb?
- Xeyr. Elə bir niyyətim yox idi. Ona görə ki, vətənpərvərlik
hisləri dediyiniz kimi ya var, ya da yoxdur. Düşünürəm ki,
Azərbaycan xalqının əksəriyyətində vətənpərvərlik hissi çox
yüksəkdir. Sadəcə olaraq o vətənpərvərlik hissi istifadə etmək
imkanları bizim beynimizdə yeni ideyalar, yeni hərəkətlər mövcud
informasiyanın sintezi nəticəsində yaranır. O informasiyanın
mövcudluğu çox lazımdır. Əsas məqsəd o idi ki, bugünkü gənclərə
göstərək ki. baxın belə bir vəziyyətə düşəndə işğalçı sizin
ölkənizə girəndə siz nə etməlisiniz.
– Eyni zamanda bu film bir dərslikdir. Yeni baxışdır. Orada
tankların altında əzilmiş məzlum Azərbaycan xalqı yoxdur.
– Ümumiyyətlə mən məzlum Azərbaycan xalqı görməmişəm.
– İllərlə bu bizə aşılanıb?
– Bilirsiniz bunu aşılayan adamlar nakam və tamamilə reallıqdan
uzaq olan adamlardırlar. Hansısa siyasi xülyalarını reallıqla
çaşdırıb Azərbaycan xalqına kiminsə bir nov yazıqlığını çatdırmaq
istəyirdilər ki, baxın bizə yazığınız gəlsin. Amma mən istəmirəm
ki, kiminsə bizə yazığı gəlsin. Mənə niyə yazığı gəlməlidir ki.
– Filimdə çox maraqlı bir məqam var. Filmdə qəhrəman
olmaq istəyən qız Zita bir anlıq dayanır və deyir ki, həmişə
söylədiyim himnin sözlərini indi anlayıram. Sizin orda mesajınız nə
idi.
- Tamamilə doğrudur. Bizim himnimizin çox vacib hissəsi var.
Orada deyilir ki, biz vətənimiz uğrunda ölməyə cümlə hazırız və
vətənimiz uğrunda qan tökməyə cümlə hazırız. Bu günə qədər bu da
bizim yazıq xalq olduğumuz kimi gənclərə elə aşılanırdı ki,
canımızı verməyə də, qanımızı tökməyə də vətən uğrunda biz hazırıq.
Bu elə deyil. Canımızı verməyə biz hazırıq. Amma qan tökməyə cümlə
hazırıq isə o deməkdir ki, biz kiminsə qanını tökməyə cümlə
hazırıq. Və bu qanı biz mütləq tökməliyik.
- Bu qurbanlar bahasına əldə olunur?
- Düşmənin qurbanları. Biz gərək düşmənin qanını tökək. Kim ki,
Azərbaycana qılıncla gələcək, qılıncla da ölməlidir. Bunu hər bir
azərbaycanlı bilməlidir. Bu gün Azərbaycanın 40 faizdən çox
torpaqları – İrəvan, Zəngəzur daxil olmaqla işğal atındadır. Bu
torpaqları gərək biz qaytaraq. Burada mənim də çox böyük səhvim
var, mənim də günahım var. Qarabağ müharibəsini biz uduzmuşuq.
Mənim üçün, yəni bir fərd olaraq. Biz onu uduzmuşuq. Amma şükür
Allaha ki, bu müharibə hələ qurtarmayıb. Bizm hələ onu udmağa və
geri götürməyə şansımız var. Bu şansları əldə etmək üçün insanlar
başa düşməlidirlər ki, bizim bu gün kimdənsə qorxmağımız, kiminsə
yanında özümüzü məzlum göstərməyimiz lazım deyil. Bu gün Amerika
ordusunda hamının çəkinməsinə səbəb odur ki, Hollivud Rembo, Rokki
və digər qəhrəmanlar yaradıb. Amerika ordusu İraqa daxil olanda bir
dəfə də olsun döyüşə atılmadı.
- 2015-ci ildə bu filmi bitirdiniz. Artıq bu film böyük
ekranlarda nümayiş olunur. Bildiyimə görə, bir çox kinoteatrlarda
bu filmin pulsuz olaraq nümyiş etdirilir.
– Bəli kinoteatrlardan bizə müraciət etdilər ki, bu filmi
göstərmək istəyirik. Onlardan rica etdim ki, bunu pulsuz etsinlər.
Buna bütün xalqımız gəlib vəsait ödəmədən baxa bilsin. Bu filmi
ərsəyə gətirməkdə bizim heç bir kommersiya maraqlarımız yox idi.
Sözsüz ki, biz çox böyük pullar xərcləmişik. Bu məqamda mən çəkiliş
qruppasına və orada iştirak edən bütün aktyorlara, gözəl insanlara
təşəkkürümü bildirmək istəyirəm. Onlar da böyük bir qəhrəmanlıq və
şücaət göstəriblər. Eyni zamanda cənab prezident İlham Əliyevə
təşəkkürümü bildirmək istəyirəm. O, tanklarla və digər hərb texnika
ilə kömək etməsə idi, biz bu filmi çəkə bilməyəcəydik. Lakin
maliyyə nöqteyi-nəzərindən filmi öz vəsaitimizlə çəkmişik.
– Film çəkildi, bütün proses bitdi. Bir tamaşaçı kimi
artıq bu filmə baxa bilirsinizmi? Baxanda düşünə bilirsinizmi
burada nələrsə səhv olub. Nələrisə daha yaxşı çəkmək olardı. Hansı
istiqaməti dəyişmək olardı. Baxanda belə bir fikirlər
olurmu?
– Napoleondan bir dəfə soruşublar ki, sizin kimi sərkərdə olmaq
üçün nə etmək lazımdır. Napoleon cavab vermişdi ki, sadəcə olaraq
istəmək lazımdır. Mən istədim və bu film ərsəyə gəldi. Bir daha
Napoleondan soruşublar ki, hansısa bir döyüşü udmaq, müvəffəqiyyət
qazanmaq üçün nə lazımdır.O, demişdi ki, üç şey lazımdır – pul, pul
və yenə də pul. Sözsüz ki, bu filmi çəkəndə mənim kasıb büdcəm
olmasydı və mənim pulum daha da çox olsaydı mən bu filmi daha da
gözəl çəkərdim.
– Bir tamaşaçı kimi bu filmi seyr edəndə az bir büdcə
ilə çəkildiyi ilə bağlı bir təəssürrat yaranmadı.
– Əlimdən gələni etmişəm ki, xarici ölkələrdə təəssürrat
görünməsin. Pulla əlaqəli çox vacib bir məsələni də qeyd edim.
Deyildiyi kimi, bu hadisələrdə özüm iştirak etmişəm. Bu döyüşlərdə
yaxın dostlarımı itirmişəm. Lakin pula görə filmdə göstərə
bilmədiyim məqamlardan biri də ondan ibarət idi ki, Ceyhun adlı bir
oğlan vardı. Molotov-kokteyli ataraq bir əsgəri tamamilə şam kimi
yandırmışdı. Bu hadisələrdə 32 sovet əsgəri öldürülüb. Və onlardan
biri də bu idi. Mən çox istəyirdim ki, bu səhnəni göstərim.
Sonradan o oğlanı güllə ilə vurdular.