Yuxarı

Soğan əkmirsən, get kartof ək - Aqil Abbas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soğan əkmirsən, get kartof ək - Aqil Abbas

Düzü, gözlənilməz oldu. Özü də bunlar əsasən bir qrup idarə olunan sosial şəbəkə istifadəçiləridir. Onlar müəyyən adamlara belə hücumlar təşkil edirlər. Sözümü kimsə bəyənməyə bilər, dediyim Quran ayəsi deyil. Təhqir elədilər - etsinlər... Kiminsə alqışı ilə yaranmamışam ki qarğışı ilə öləm!

Axar.az xəbər verir ki, bu sözləri deputat Aqil Abbas soğan əkmək təklifinin süngü ilə qarşılanması haqda danışarkən deyib.

A.Abbas musavat.com-a geniş müsahibəsində qeyd edib ki, soğanı misal üçün deyib:

"Əslində, əkilməmiş sahə çox azdır. Çünki insanlar özü əkmir, gəlib Bakıda, ya qonşusunda fəhləlik edir. Amma torpağı çox ucuz qiymətə əkənə icarəyə verir.

70-80-ci illərdə Azərbaycan neftlə dolanmayıb. Hətta 12-13 milyon ton neft istehsal edirdi, özü də planı kəsirlə yerinə yetirirdi. Neftdən gələn gəliri isə SSRİ aparırdı, əvəzində neftçiyə ev tikilirdi, onun sosial problemi həll olunurdu. Yəni Ağcabədidəki adamlara neftin 1 manat xeyiri dəymirdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra kənd təsərrüfatını qaldırdı. Mən bu gün də kənd təsərrüfatının inkişaf etdirilməsinin tərəfdarıyam".

Deputatın sözlərinə görə, ölkədə soğan çox əkilib:

"Yaxud kütləvi şəkildə qarpız əkilir, qarpız 5 qəpiyə düşür. Yəni Kənd Təsərrüfatı Nazirliyi bunu tənzimləməlidir. Söhbət tək soğandan getmir, bu gün hamı soğandan danışır. Məsələn, Bərdə ilə Ağcabədidə bəlkə 1 milyon ton xurma olur, tökülür qalır, yığan da olmur. Niyə bir emal müəssisəsi tikmirlər?

Onun cemini hazırlamaq olmazdımı? O gün televiziyada baxıram ki, İŞİD Suriyada pambıq əkib satır. Deməli, xeyir götürür ki, əkir də. Azərbaycanda isə pambıq kol üstündə qaldı. Mənim fikrimi başqa yerə yozdular ki, deyir "soğan ək". Soğan əkmirsən, get kartof, çiyələk ək..."

Tarix
2016.01.21 / 11:10
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla