Yuxarı

Diplomatımızın ölüm səbəbi bəlli oldu - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:53

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev intihar edib.

APA-nın verdiyi məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Şəfəqköy silah poliqonunda baş verib.

F.Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə polis idarəsi intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

12:37

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında Fəxrəddin Əliyev adlı bir şəxsin Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmadığını deyib.

Azərbaycan İstanbuldakı Baş Konsulluğundan APA-ya verilən məlumatda da bildirilib ki, F. Əliyev konsulluqla bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.

Fəxrəddin Əliyevin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı kimifəaliyyət göstərdiyi və "Farko" şirkətinin sahibi olduğu ortaya çıxıb.

F.Əliyev həmçinin 2012-ci ilin iyununda yaranan Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi qurucularından olub.

***

İş adamı Fəxrəddin Əliyev poliqonda qəza nəticəsində, əlindəki silahdan təsadüfən çıxan güllə ilə həyatını itirib.

Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Məlumata görə, F. Əliyevin meyiti ədliyyə tibb qurumunun morqunda yarılıb. Meyitin Azərbaycana göndərilməsi üçün lazım olan sənədlər Baş Konsulluq tərəfindən hazırlanaraq mərhumun yaxınlarına verilib.

Yanvarın 22-də axşam Fəxrəddin Əliyevin meyiti Bakıya göndərilib.

Tarix
2016.01.23 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla