Yuxarı

Şeyx Quranın azərbaycanca oxunmasına münasibət bildirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Quranın azərbaycanca oxunmasına münasibət bildirdi

Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Milli Məclis sədri Oqtay Əsdovun din mərasimlərində Qurani-Kərimin Azərbaycan dilində səsləndirilməsi təklifinə münasibət bildirib.

Hacı Allahşükür Paşazadə Milli Məclis sədrini işarə edərək, Quranın Azərbaycan dilində səslənməsinin əleyhinə olduğunu söyləyib: "Qurani-Kərimin Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz" (ANS).

Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkili, Gövhər Baxşəliyeva din-dövlət münasibətlərində tənzimlənmə işləri aparılmalı olduğunu söyləyib. O, bu istiqamətdə müntəzəm işlərin görülməli olduğunu da qeyd edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə xanım millət vəkilinə cavabında, ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərimin və dini kəlamların insanlara onların başa düşəcəyi dildə çatdırılmalı olduğunu qeyd edib. "Bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamı da başa düşsün. Dini işçiləri arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Komitə var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik".

Tarix
2014.02.05 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla