Yuxarı

Azərbaycanlıların problemləri müzakirə edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıların problemləri müzakirə edildi - Foto

Gürcüstanın energetika məsələləri üzrə ombudsmanı Salome Vardiaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, S.Vardiaşvili yerli əhali ilə görüşüb, vətəndaşların enerji, su və qaz təchizatı sahəsi ilə bağlı problemləri ilə maraqlanıb.

Görüşdə iştirak edən soydaşlarımız bürokratik əngəllərlə rastlaşdıqlarını, buna görə də hələ də bir çox kəndlərə təbii qaz verilmədiyini bildiriblər. Həmçinin Marneuli su idarəsinin əhalini keyfiyyətli su ilə təmin etmədiyi vurğulanıb. S. Vardiaşviliyə Azərbaycan və Ermənistanla həmsərhəd bölgələrdə yerləşən kəndlərə elektrik enerjisinin verilməsində yaranan problemlərə dair suallar da ünvanlanıb.

Sualları cavablandıran ombudsman görüşdə qeyd olunan problemlərin həlli üçün müvafiq qurumlara sorğu göndəriləcəyini bildirib. Eyni zamanda qeyd edib ki, səslənən sualların əksəriyyəti Gürcüstan parlamentinə seçilən azərbaycanlı deputatlara ünvanlanmalıdır. O gələcəkdə bölgədə keçiriləcək görüşlərə onları da dəvət edəcəyini deyib.

S.Vardiaşvili azərbaycanlıların kompakt yaşadığı bölgənin problemlərini martda parlamentdə çıxışı zamanı səsləndirəcəyini də bildirib.

Tarix
2016.02.05 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla