Yuxarı

“Rusiya Türkiyə üçün münasib zamanı gözləyir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya Türkiyə üçün münasib zamanı gözləyir”

Rusiya Türkiyə ilə münasibətlərin normallaşması üçün daha əlverişli məqam gözləyir.

Bu haqda politoloq Tofiq Abbasov Axar.az-a açıqlamasında danışıb. Ekspertin qənaətinə görə, indiki vəziyyətdə Türkiyə-Rusiya münasibətlərinin düzəlməsini gözləmək əbəsdir:

"Rəsmi Ankara Səudiyyə və Qətərlə strateji əməkdaşlığı davam etdirir. Bu o deməkdir ki, Türkiyə bundan sonra da regionda gedən proseslərdə bəyan etdiyi məqsədlərdən geri çəkilməyəcək. Bu isə Moskvanı heç cür qane etmir. Kreml son hərəkətləri ilə açıq şəkildə bildirir ki, əgər Ankara öz siyasətini dəyişməsə, heç bir yaxınlaşma olmayacaq. İndi də Moskvanın nizamasalma prosesində Suriya kürdlərinin iştirak məsələsini irəli sürməsi Türkiyə ilə münasibətləri uçuruma aparır".

Rusiya-Türkiyə arasında mövcud siyasi durumu dəyərləndirən Tofiq Abbasov hesab edir ki, iki dövlətin baxışlarında böyük kontrastlar yaranıb:

"Hazırda Moskva Əsədin qalmasına çalışır, Türkiyə isə onun getməsini əsas şərt kimi qiymətləndirir. Rusiya qeyd-şərtsiz ələviləri, Türkiyə isə sünni icmalarını dəstəkləyir. Moskva bu ölkənin parçalanmasının tərəfdarı deyil. Nəhayət, Ankara indiki Suriya ərazisində nəzarəti əlinə almaq istəyir, Moskva isə əksinə, status-kvonu olduğu kimi saxlamağın tərəfdarıdır. Bir sözlə, iki nüfuzlu ölkə təzadlı mövqedən çıxış edərək artıq öz aralarında sərt qarşıdurma aparır. Görünür, Kreml münasibətlərin normalaşması üçün daha münasib şəraitin formalaşmasını gözləyir".

Tarix
2016.02.07 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla