Yuxarı

İrəvanla bu görüşlərin vacib əhəmiyyəti var - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanla bu görüşlərin vacib əhəmiyyəti var - Nazir

Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər. Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi. 2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər. Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var", - nazir deyib.

C.Bayramov qeyd edib ki, son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur:

"İlk olaraq mən Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin görüşü barədə qərar qəbul olundu".

Nazir ümumilikdə sülh prosesi istiqamətində aparılan danışıqları yüksək qiymətləndirib:

“Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq, mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Ancaq bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”.

Tarix
2024.03.02 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla