İmmuniteti gücləndirən səkkiz tərəvəz...
02:00
| Ana səhifə Gündəm |
|
Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xankəndidən Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
“Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtılə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istədiyini xatırladan dövlət başçısı diqqətə çatdırıb ki, bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası, Azərbaycan xalqının iradəsinə ziddir”, - Prezident vurğulayıb.
|
Tarix
2024.03.18 / 15:54
|
Müəllif
Axar.az
|