Yuxarı

ABŞ Azərbaycana mühüm mesajlar verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Azərbaycana mühüm mesajlar verdi

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mətbuatımızda yayılan məqaləsi ilə Bakıya bəzi mesajlar verib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi amerikalı diplomatın məqaləsindəki bəzi üstüörtülü fikirlərə aydınlıq gətirib:

"Vaşinqtonun Bakıya verdiyi mesajlar bunlardır: 1. Amerika dost münasibətlərindən dolayı Azərbaycanda sabitlikdə maraqlıdır və "rəngli inqilab" Vaşinqton üçün aktuallığını itirib; 2. Amerikanın müxtəlif fondlarının Azərbycanda fəaliyyətinə şərait yaradılmalıdır, onlar bu dəfə daha təhlükəsiz işlərlə məşğul olacaqlar. Məsələn, kənd icmalarına sosial dəstək layihələri icra edə bilərlər; 3. Vaşinqton enerji və təhlükəsizlik sahəsindəki əməkdaşlığa daha çox önəm verir; 4. Azərbaycanın tranzit statusunun artırılmasında maraqlıdırlar, bu məqsədlə də Azərbaycan-İran əməkdaşlığının genişlənməsində problem görmürlər; 5. Dağlıq Qarabağ münaqişəsinin həlli Vaşinqton üçün prioritet deyil".

Qeyd edək ki, dünən mətbuatda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın 1 illik hesabat xarakterli məqaləsi dərc olunub.

Tarix
2016.02.23 / 16:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla