Yuxarı

İcmadan ABŞ və AB-yə çağırış: Son qoyun!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcması Avropa Birliyi və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb.

Axar.az xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa Birliyi-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib.

İcma hesab edir ki, son vaxtlar bəzi dairələrin Azərbaycanı məqsədli şəkildə hədəfə alan düşmənçilik kampaniyası, xüsusilə “Avropa Sülh Təsisatı” (EPF) vasitəsilə Ermənistana hərbi yardımlar edilməsi cəhdləri fonunda Brüssel görüşü Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına xidmət etməyən, yanlış mesajlar verən bir addımdır.

Bəyanatda qeyd olunub ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması kimi təhlükəli tendensiyanın daha bir nümunəsidir:

"Təəssüf ki, dəfələrlə haqq işimizin dəstəklənməsi ilə bağlı müraciətlərimizə baxmayaraq, həm Avropa Birliyi, həm də ABŞ onlara etinasız yanaşır".

Qərbi Azərbaycan İcması daim beynəlxalq hüquqa, insan hüquqlarına hörmətdən dəm vuran Avropa İttifaqını və ABŞ-ni ikili standartlar siyasətinə son qoymağa, şübhəli gündəliklə görüş keçirməməyə və keçirdiyi halda isə, görüşdə Ermənistanın militarist siyasətindən əl çəkməsi və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına və UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan yaradılması məsələsini Ermənistan qarşısında qaldırmağa çağırır.

Tarix
2024.03.22 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla