Yuxarı

Azərbaycan kəndlərinə girən erməni həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə birləşmə məlumat yayıb.

Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur.

A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa çalışdığını, lakin Ermənistan hökumətinin onlara qarşı çıxdığını qeyd edib.

Məlumata görə, “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan Ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan isə artıq bir müddətdir birləşmənin təxribat planları və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır.

Artıq “Döyüş qardaşlığı”nın bir neçə üzvü Ermənistan hüquq-mühafizə orqanları tərəfindən xəbərdar edilib. Həbs olunan A.Avetisyan və Hrant Der-Abrahamyan isə birləşmənin əsas üzvlərindən olublar.

Qeyd edək ki, bundan öncə “Döyüş qardaşlığı” martın əvvəlində Qazaxın Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girəcəyini açıqlamışdı.

Tarix
2024.03.24 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla