Yuxarı

Türk hakerdən məsləhət: “Onları açmayın”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk hakerdən məsləhət: “Onları açmayın”

Türkiyənin tanınmış "etik hakeri" Tamer Şahinin Axar.az-a müsahibəsi:

- Texnologiyaya maraq necə yarandı?

- Hər şey məktəb illərində işləməyən kompüterləri emalatxanaya aparmaqla başladı. Sonra kompüterin çox yaxşı bir dost olduğunu gördüm. Bu sahəyə marağım artdı və özümü inkişaf etdirdim. Mən başladığım zaman Quql (Google) və ya bənzər köməkçi vasitələr yox idi.

- Kompüter üzrə təhsil aldınızmı?

- Xeyr. Universitetdə kompüter ilə bağlı fakültə oxumaq istəmədim. İxtisasım beynəlxalq münasibətlər idi. Daha fərqli bir dünyagörüşü qazandırırdı.

- Özünüzü virtual aləmdə bir döyüşçü kimi görürsünüz?

- Bir dövr elə bir hiss var idi içimdə. Amma bundan artığına nail ola biləcəyimi anladım. Etik hakerlik etməyə başladıqdan sonra gücümü pis niyyətli hakerlərə qarşı sistemləri qorumaq üzərində topladım. Bu istiqamətdə Türkiyə və dünya miqyasında çox sayda dövlət qurumu, şirkət ilə əməkdaşlıq edirəm.

- Pul qarşılığında hakerlik etmisinizmi?

- Heç vaxt. Etik hakerliyi seçməzdən əvvəl də heç vaxt pul naminə bu qara işi görməmişdim. Bu üzdən hazırda buradayam.

- Azərbaycan hakerləri ilə işbirliyiniz oldumu?

- Bakıya iki-üç dəfə gəlmişəm. Bakıya. Çox heyranedici bir şəhərdir. Azərbaycan xalqı çox mehribandır. Qardaş millət olduqlarını hiss etdirirlər. Bir neçə dövlət qurumundan da təklif gəlib, danışıq aparırıq.

- Azərbaycan saytlarına baxmısınızmı, hansı boşluqlar var?

- Əlbəttə, icazə almadan Azərbaycanın heç bir saytına, firmaya, dövlət qurumuna hücum etmərik. Amma ümumilikdə danışarkən texniki baxımdan bəzi problemlər olduğunu gördüm. Xüsusən təhlükəsizlik testləri baxımından mövcud sistemlərin təhlil edilməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə elektrik şəbəkələri, qaz xətləri, neft xətləri, dövlət qurumları, maliyyə sektoru, telekommunikasiya sektorunun ciddi şəkildə təhlükəsizlik analizlərindən keçməsi lazımdır.

- Yazdığınız kitab nə haqdadır?

- "Hakerliyin ağlı" adlı kitabım hər bir texniki bilgi səviyyəsində olan insanın rahat oxuya biləcəyi kitabdır. Burda öz həyat hekayəmi anlatmışam.

- Sonda Azərbaycanın internet istifadəçilərinə məsləhətiniz nə olacaq?

- Əməliyyat sistemləriniz lisenziyalı olsun, antivirus proqramlarını aktiv saxlayın, bilmədiyiniz linklərə daxil olmayın.

Tarix
2016.02.25 / 00:47
Müəllif
Samir Aslan
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla