Yuxarı

İsrail İrana savaş açdı: Tehran isə Araza qaçır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Dəməşqdə İran konsulluğuna zərbə endirməsi Tehranı birbaşa münaqişəyə cəlb etmək məqsədi daşıyır.

Birincisi, İran proksi qüvvələri üzərindən Qəzza müharibəsində İsrailə qarşı döyüşür və bu, Təl-Əvivin Tehran qarşısında “qan itirməsi”nə səbəb olur;

İkincisi, İsrail İrana müdaxilə üçün beynəlxalq koalisiya yaratmaq istədiyi halda, öz sərhədlərində müharibə vəziyyəti ilə üzləşdi və görünür, Təl-Əvivdə Tehranın hərbi toqquşmalardan kənarda qalmasını onun güclənməsinə səbəb olacağını düşünürlər;

Üçüncüsü, İsrail bu cür zərbələrlə İranın müharibəyə birbaşa cəlb olunmasına çalışır: bu baş verərsə, Tehrana qarşı beynəlxalq koalisiyanın yaradılması, yaxud hərbi müdaxiləyə xarici dəstəyin əldə edilməsi imkanı yarana bilər;

İranın “qisas alacağıq” sözləri isə rotirikadan uzağa getməyəcək, təcrübə belə düşünməyə əsas verir və yalnız proki qüvvələri üzərindən nələrsə etməyə çalışacaq. Lakin əsas proksi gücü olan Hizbullahın prosesə birbaşa qoşulacağı ehtimalı azdır, çünki bu qruplaşmanın hərəkətə keçməsi müharibənin arealının genişlənməsi və ABŞ-ın dəstəklədiyi koalisiya ilə üzləşməsi ilə nəticələnə bilər. İranın HƏMAS və husilər üzərindən addımlarını davam etdirəcəyi gözləntisi daha çoxdur.

Və bir də Suriyada zərbə yediyi İsraili həmişəki kimi Arazın sahilində axtaracaq. Artıq İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçi Azərbaycanı hədəf göstərib. Təklif edib ki, sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərindən birini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaq lazımdır.

SEPAH-ın Teleqram kanalı da Azərbaycanı ittiham edib. Kanalda iddia olunur ki, İranın Dəməşqdəki səfirliyinə hücum İsrail ilə “Bakı Respublikası” (Azərbycanı belə adlandırırlar – red.) arasında gizli koordinasiya olub”. Və bildirilir ki, Dəməşqin qisasını almaq üçün uzağa getməyə ehtiyac yoxdur, İsrailin dinləmə və casusluq bazaları bizim yanımızda, İran sərhədindən bir neçə kilometr aralıda, Zəngilanda yerləşir.

Azərbaycanın hədəf göstərilməsinin Cəlal Rəşidi Kuçinin və SEPAH kanalının “özfəaliyyəti” olmadığı bəllidir və burada iki hədəfə oynadıqları aydın görünür:

1. İsraillə birbaşa müharibədən çəkinən İran “qisas” üçün yan hədəflər tapmalıdır və burada “zəif halqa” kimi Azərbaycanı görürlər, hərçənd, Arazın bu tayında aktiv hərbi addımın mümkün olmadığını da yaxşı anlayılar: Bakının hədəf göstərilməsi həm ictimai rəyi “düşmən axtarışına” yönəltməklə İsrail qarşısında zəifliyini ört-basdır etmək, həm də Arazın o tayındakı soydaşlarımıza bizi “düşmən” kimi təqdim etmək məqsədi daşıyır;

2. Azərbaycanın hədəf göstərilməsinin arxasında Bakı-Tehran xəttində yeni gərginlik fazasının açılmasında xüsusilə maraqlı olan SEPAH qanadı dayanır və tədricən normallaşmaya doğru gedən münasibətləri “baltalamaq” məqsədi daşıyır: Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının təşkilatçıları Dəməşq hücumunu bunun üçün fürsət olaraq görür.

Baş verənlər fonunda İsrailin Bakıdakı səfirliyinə, yaxud israilli diplomatlara qarşı terror hücumunun törədilməsinə cəhd edilə biləcəyi də istisna edilməməlidir.

Tarix
2024.04.03 / 08:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Buna qarşı təcili tədbirlərin görülməsinə ehtiyac var - XİN

Prezidentin nümayəndəsi Sloveniya rəsmiləri ilə görüşdü

Tacikistan prezidenti Azərbaycana gələcək

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşdü

Azərbaycan Ermənistandan təzminat tələb etdi

Bayramov MDB XİN Şurasının iclasında çıxış etdi

Gəncə MDB-nin idman paytaxtı oldu

Hikmət Hacıyev AB nümayəndələri ilə görüşdü

MDB Xarici İşlər Nazirləri Şurasının iclası başladı

Ermənistan etiraf etdi: Atəşi biz açmışıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla