Yuxarı

“Kişilərin hamısı Suriyadadır” - Muzdlulara kömək edən vasitəçi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada döyüşən azərbaycanlılara və onların ölkədəki ailələrinə kömək edən şəxslə bağlı "Publika.az"ın əməkdaşları maraqlı araşdırma aparıblar.

İnternet resurslarında "Suriyada döyüşən azərbaycanlılara və onların ailələrinə yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 ... .. .." məzmunlu elana rast gələn sayt əməkdaşları nömrənin kimə məxsus olduğunu operatordan öyrənə bilməyiblər və dəfələrlə zəng etsələr də, telefonu qaldıran da olmayıb.

Nəhayət, bu gün həmin nömrədən redaksiyaya zəng gəlib. Cavan oğlan səsinə bənzəyən səs telefonda jurnalistlərə açıqlama verməkdən imtina edib. Amma Suriyadakı azərbaycanlılara və onların burdakı ailələrinə kömək etdiyini təsdiqləyib.

Adını açıqlamayan və səsinin yazılmasına razı olmayan şəxslə jurnalis arasında belə bir dialoq yaşanıb.

- Mən jurnalistəm, bu telefon nömrəsinə internetdə rast gəlmişəm. Siz həqiqətənmi Suriyaya gedənlərə yardım toplayırsınız?

- Bəli, burda nə var ki? Bizim qardaşlarımız orda döyüşür, biz də onların burdakı ailələrinə yardım edirik. Bu nömrəni də internetə yerləşdirmişik, kömək etmək istəyənlər 5-10 manat, gücləri nəyə çatırsa, yardım edirlər. İndi nə deyirsiniz, onlar ora getməkdə səhv edirlər?

- Məqsədim kiminsə səhv edib-etmədiyini araşdırmaq deyil. Sadəcə öyrənmək istəyirəm (Bu yerdə gizli olaraq diktofonu qoşuruq - red).

- Öyrəndin də. Bunun nə əhəmiyyəti var, sənin bilib-bilməməyinin nə fərqi var?

- Yox, sadəcə...

- Sən mənim səsimi yazmırsan?!

- Xeyr.

- Yazırsan axı, niyə yalan danışırsan?!

(Məcbur olaraq diktofonu söndürdük)

- Yaxşı söndürdüm.

- Mən pis heç bir iş görmürəm. Bilirəm ki, yolum düzgün yoldur.

- O zaman olarmı siz mənim jurnalist kimi suallarıma cavab verəsiniz, həm də fikirlərinizi çatdırarsınız.

- Nə mənası var? Guya mən sənə bildiyim sirləri verəcəyəm? Mən danışsam, sonra sənin kimi fitnəkarlar bundan fitnə yaradacaq.

- Nə bilirsiniz fitnə yaradacağam?

- Bilirəm də. Bizim heç kimlə işimiz yoxdur.

- Bəs niyə danışmırsınız?

- Niyə danışmalıyam ki! Guya səninlə danışsam, sirləri sənə verəcəyəm? Sən yox, səndən yüzü ola, heç kim məndən sirr ala bilməz. Əgər sən istəyirsənsə, gəl, görüşüb oturaq, mən sənə hər şeyi başa salaram.

- Amma mən jurnalist kimi gələcəm və siz mənim suallarıma cavab verəcəksiniz. Belə razısınızmı?

- Dedim ki, yox. Mən sənə niyə danışmalıyam ki! Elə-belə gəl, sənə nə istəyirsən danışaram, yəni səni nə maraqlandırırsa. Mən onsuz da sənə hər şeyi deməyəcəm. Amma söhbət etməmişdən əvvəl sənin üst-başını axtaracam, sonra danışacağıq ha.

- Niyə axtarırsan?

.....

- Harda görüşək?

- Gəl Qaraçuxur məscidinin qabağına, mən səni orda qarşılayacam.

- Sabah gələ bilərəm?

- Onda sabah saat 5-də (17:00 - red) orda olarsan. Mən sənə nömrə verəcəm, ona zəng edərsən. Bu mənim qardaşımın nömrəsidir.

- Bir dəqiqə nömrəni yazım.

- Yox, elə sən gəl ora, mən səni qarşılayacam.

- Yaxşı, onda bu nömrəyə zəng edəcəm.

- Bu nömrəyə elə mesaj yaz, mən biləcəm.

- Yazacam ki, Qaraçuxura gəldim.

- Hə, elə də yaz. Amma üst-başını axtaracam, ondan sonra danışacağıq. Elə belə.

- İndi siz elə deyirsiniz, mənim ürəyimdə qorxu yaranır.

- Niyə qorxursan? Kişi qorxmaz. Düzdür, onsuz da kişilərin hamısı Suriyadadırlar, burda deyil. Sən namaz qılırsan?

- Xeyr.

- Allahdan qorxmursansa, məndən niyə qorxursan?

- Mən demədim ki, Allahdan qorxmuram.

- Necə qorxmursan, Allah deyir ki, buyurduqlarımı etməyənlər cəhənnəmlikdir.

Burda bir qədər dini söhbətlər gedir. Sonda isə vədləşdiyimiz yerdə görüşəcəyimizi deyirik.

- Amma siz adınızı demədiniz?

- Nə mənası var, adımı dedim, ya yox. Mən səndən adını soruşmadım ki! Sən də məndən soruşma da.

P.S. Qeyd edək ki, bu stenoqram danışığın vərəqə köçürdüyümüz və yaddaşımızda qalan hissəsidir.

Tarix
2014.02.08 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla