Yuxarı

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Bu gün İrəvanda keçirilən Ermənistan-AB sammitinin nəticəsi olaraq Ermənistan-AB birgə bəyannaməsi qəbul edilib.

Axar.az xəbər verir ki, erməni mediası bəyannamənin tam mətnini yayıb.

44 bəndlik sazişdə AB-Ermənistan əlaqələri dəstəklənir, erməni xalqının “Avropa istəkləri” tanınır, “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişində və Ermənistan-AB Tərəfdaşlığı üçün Strateji Gündəlikdə göstərildiyi kimi, Ermənistanın dərin və davamlı demokratiya qurmaq öhdəliyini qəbul edilir” və s.

7-ci bənd isə Azərbaycan-Ermənistan əlaqələrinə aiddir. Bəyannamənin bu bəndində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə yönəlmiş səylər yüksək qiymətləndirilir, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasını və region ölkələrinin suverenliyi və ərazi bütövlüyü, eləcə də sərhədlərin toxunulmazlığı və qarşılıqlılığı prinsiplərinə əsaslanan bütün regional kommunikasiyaların yenidən açılması tam dəstəklənir.

Bəyannamədə həmçinin Yaxın Şərqdəki proseslər, AB-nin Ermənistana investisiyalarının 2,5 milyard avroya çatacağı, “Sülhün kəsişməsi” təşəbbüsünə və TRIPP layihəsinə dəstək, AB və Ermənistan arasında nəqliyyat, enerji təhlükəsizliyi əlaqələrinin gücləndirilməsi və s. əksini tapıb.

Tarix
2026.05.05 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla