Yuxarı

Ermənistan Rusiyadan qopur, yoxsa oyun gedir?..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan strateji tərəfdaşı olan Rusiya ilə münasibətləri tamamilə kəsmək və geosiyasi oriyentasiyasını Qərb istiqamətinə dəyişməkdə qərarlı olduğunu göstərmək istəyir. 5 aprel Brüssel sammitindən sonra artıq Rusiyanın tanınmış politoloqları da iddia edirlər ki, əvvəl Kreml buna “zarafat” kimi baxırdısa, artıq bunun dəqiq qərar olduğu üzə çıxdı.

Buna baxmayaraq, 5 apreldə verilən qərar – yəni ABŞ-dan ildə 65+7 milyon dollar və AB-nin 67,5 milyon avro (4 ilə 270 milyon dollar) yardım Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəinki ləğv etmək, heç azacıq da olsa, “tərpətmək” gücündə deyil. Qərb mediası da yazır ki, Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi şəkildə asılı qalacaq.

Ermənistan iqtisadiyyatına ildə 3 milyard dollar əlavə yardım ediləcəyi halda yaxın 7-8 il ərzində İrəvanın Rusiyadan iqtisadi asılılığının azaldılacağı gözlənilirdi. Gözlənti də olsa, ortada 7-8 illik bir zaman vardı, üstəlik, bu gözlənti də özünü doğrultmadı.

Ermənistan həm də təhlükəsizlik baxımından Rusiyadan ciddi şəkildə asılıdır, baxmayaraq ki, son vaxtlar Hindistandan, Fransadan və s. adlarını açıqlamadıqları ölkələrdən müəyyən silahlar alıblar.

Rusiya FSB-nin sərhədçiləri Ermənistanın Türkiyə və İranla dövlət sərhədini qoruyur. Paşinyanın xahişi ilə onların Azərbaycanla sərhəddə də bir neçə post qurduğu bir müddət öncə etiraf edildi. Düzdür, onların sayı və yeri haqda “təhlükəsizlik məqsədilə” açıqlama verilmədi, ancaq faktiki olaraq bunun Ermənistan baş nazirinin xahişi əsasında qurulduğu və post sayının “onlarla” olduğu vurğulandı.

Ermənistan yalnız Zvartnos hava limanından sayı çox az olan rus sərhədçilərin çıxarılmasını gündəmə gətirib və bunun artıq “avqusta qədər həll olunacağını” elan edib. Halbuki Ermənistanda ümumilikdə 4 min rus sərhədçisi var, bundan aşağı-yuxarı 50 nəfərin Zvartnosdan çıxarılması və digər yerə köçürülməsi ciddi heç bir dəyişikliyə səbəb olmur.

Qərb Ermənistanın hazırkı durumunu bilmirmi? Əgər Qərb doğrudan da Ermənistanı Rusiyanın əlindən almaq istəyirsə, nədən konsepsiya 5 apreldə təqdim edilmədi?

Sərhədlərini Rusiya sərhədçiləri qoruyan, zabitləri tamamilə rus hərbi sistemində təhsil alan, ərazisində Rusiya bazaları yerləşən, bütün strateji infrastruktur - elektrik şəbəkələri, qaz kəmərləri, telefon və mobil rabitə, dəmir yolları, atom elektrik stansiyası Rusiya şirkətlərinin idarəçiliyində olan, əhalisinin və büdcəsinin gəlirləri Rusiyayadan pul köçürmələrindən formalaşan, ÜDM-si Rusiyaya ixrac üzərində qurulan, Rusiyadan qaz və yanacaq asılılığı davam edən Ermənistan Avropa ilə necə “müttəfiqlik” edəcək?

Ona görə də sual yaranır: Rusiya Cənubi Qafqazı həqiqətənmi güzəştə gedir? Və ümumiyyətlə, necə bir oyun oynanılır?

Tarix
2024.04.06 / 22:24
Müəllif
Natəvan Dəmirçioğlu
Digər xəbərlər

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla