Yuxarı

Ermənistana silah daşınanda İsrail İranı vurdu – Sensasion səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş nazirinin Brüsseldə AB və ABŞ rəsmiləri ilə görüşü ərəfəsində İrandan SEPAH-a məxsus təyyarələrlə Ermənistana silahların daşınması haqda xəbərlər açıq suallar yaradır: Ermənistana Qərbin hərbi dəstəyi müzakirə edilirsə, silahlar niyə İrandan gəlir?

Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Brüssel görüşü fonunda İranın Ermənistana silahlar göndərməsi xəbərlərini şərh edərkən deyib.

A.Camal qeyd edib ki, Brüssel görüşünün Ermənistana hərbi dəstək məsələsinə həsr edildiyi ehtimalı həddən artıq yüksəkdir:

“AB və ABŞ bunu təkzib etsə də, bunu anlamaq üçün qapalı görüşdə olmağa ehtiyac yoxdur. Birincisi, Ermənistana iqtisadi proqram və Rusiyadan asılılıqdan xilas olmaq planı təklif edilmədi, ayrılan yardım simvolik oldu. Bəs bu qədər hay-küylü görüş nəyə lazım idi və qapalı görüşdə nə müzakirə edildi? Qapalı görüşdə bu maliyyənin ayrılması üzərində müzakirələrin aparılmadığı bəllidir. İkincisi, Qərbin məqsədi İrəvanı Moskvadan uzaqlaşdırmaq və Ermənistanda Rusiyanın boşalan yerini doldurmaqdır. Bəllidir ki, açıqlanan maliyyə yardımı görüşün gerçək məqsədini kamufulyaj etmək məqsədi daşıyır və orada əsas müzakirə mövzusunun hərbi-siyasi istiqamətdə olduğu önə çıxır. Bunu region ölkələri yaxşı anlayırlar, o cümlədən, İran da. Yeri gəlmişkən, məhz Brüssel görüşü ərəfəsində ABŞ ordusunun mobil təlimatçıları Ermənistana gəldi və 1-5 aprel tarixlərində təlimə başladılar. Kənar qüvvələrin regiona gətirilməsinə qarşı olduğunu dəfələrlə bəyan edən İran nəinki Ermənistanın AB missiyası adı altında Qərb qüvvələrini bölgəyə gətirməsinə və bu prosesin daha da genişləndirilməsinə zəmin yaradacaq Brüssel görüşünə etiraz etmədi, həm də görüşdən öncə gedən proseslərin iştirakçısına çevrildi və İrəvana silah daşınmasını həyata keçirir. Məhz bu amil İran və Qərb arasında gizli sövdələşmənin olduğunu, Ermənistanın silahlandırılmasının da bu sövdələşməyə daxil olduğunu deməyə əsas verir. İstisna deyil ki, Qərbin Ermənistan üçün nəzərdə tutduğu silahlar İran tərəfindən tədarük olunur”.

Politoloq bunun bir neçə məqamdan qaynaqlandığını diqqətə çatdırıb:

“Birincisi, Ermənistanın silahlanmasını həyata keçirən Fransanın logistika problemləri var. Fransa silahlarının Ermənistana çatdırılması üçün mütləq Gürcüstan marşrutundan istifadə edilməlidir. Rəsmi Tiflis “Bastion” kimi təhlükə yaratmayan texnikanın keçidinə icazə versə də, Azərbaycan və Türkiyə ilə münasibətlərə görə ağır silahların keçidinə razı olmayacaq.

İkincisi, AB və ABŞ-ın Azərbaycan və Türkiyəyə görə Ermənistanın silahlandırılmasını birbaşa yox, üçüncü ölkələr üzərindən etməsi daha inandırıcıdır, bu, həm də iz azdırmağa hesablana bilər. Avropada bunu edəcək ölkə Fransadır, yaxud Şərqi Avropa ölkələri də bu və ya digər formada prosesdə iştirak edə bilərlər, lakin yenə də tranzit məsələsi problemli olaraq qalır. Bu məqamda Blinkenin Brüssel görüşündən öncə Fransada səfərdə olduğunu, fransalı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdiyini və Sejurnenin də məhz bu zaman Azərbaycan əleyhinə bəyanatlar səsləndirdiyini unutmayaq.

Bu baxımdan, Ermənistanın silahlandırılması işinin İrana həvalə edilməsi, o cümlədən, Hindistanda Fransa istehsalı olan silahların daşınmasından İranın tranzit kimi istifadə olunması daha real görünür”.

A.Camal İrandan SEPAH-a məxsus yük təyyarəsinin Ermənistana reyslərinin tarixinə xüsusilə qiqqət çəkib. O xatırladıb ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub:

“Göründüyü kimi, uçuşlar 29 martda – 5 aprel görüşündən öncə başlayıb. 5 apreldən öncə Brüsseldə Ermənistana hərbi dəstəyin verilməsinin müzakirə ediləcəyi bəlli idi. Bunu bilən İranın Ermənistana silah göndərməsi də Qərbin istəyinə uyğundur və Tehranla gizli sövdələşməyə əsaslanır”.

A.Camal hesab edir ki, Qərb və İran arasında gizli sövdələşmə dəhlizlərlə bağlı ola bilər:

“Hər iki tərəf – Qərb və İran Zəngəzur dəhlizinə qarşı çıxır. Ermənistan üzərində maraqların uzlaşdığını görürük, Fransanın İrəvandakı səfiri də ermənilərin müdafiəsi məsələsində Tehranla anlaşa bildiklərini açıqlamışdı. Tehran Qərbin istəyi ilə Ermənistanı silahlandırmaqla həm də İsraillə münaqişədə müəyyən dəstək qazanmaq, İrana müdaxilə məsələsini sıradan çıxarmaq niyyətindədir”.

Politoloq bütün bunların fonunda İsrailin İranın Dəməşqdəki konsulluğuna zərbə endirməsinin təsadüfi olmadığını bildirib:

“İran konsulluğuna endirilən zərbə Tehrana açıq müharibə elan etməkdir. İsrailin məqsədi də budur. Burada ilk səbəb Qəzza müharibəsində İranın proksi qüvvələr vasitəsilə problemlər yaratması görünə bilər, lakin fikrimcə, əsas məsələ İran və Qərbin Cənubi Qafqazdakı gizli sövdələşməsindən qaynaqlanır. Təl-Əviv anlayır ki, İran Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən həyata keçirmək istədiyi planlara məhz İsrail qarşısında üstünlük qazanmaq məqsədilə dəstək verir. Əgər bu plan baş tutarsa, İsrail İrana qarşı mübarizədə Qərbin dəstəyindən məhrum ola, yaxud ən azı bu dəstək azala bilər. Digər vacib məsələ, Hindistandan başlayan dəhlizin İrandan kənar, Ərəbistan və İsrail üzərindən keçməsinə alternativ Hindistan-İran-Ermənistan “bahalı dəhlizi” də gözdən qaçırılmamalıdır. İran illərdir ki, israrla bu layihəni həyata keçirməyə çalışır və İranın Qərblə Ermənistan üzərində anlaşmasında bu layihəyə dəstək aldığı ehtimalı önə çıxır. Məhz buna görə İsrail İranın konsulluğuna zərbə endirməklə Tehranı açıq müharibəyə çəkmək gedişi etdi. Buna nail olarsa, Qərblə İran arasındak sövdələşmə arxa plana keçəcək. İsrailin zərbəni SEPAH təyyarərinin İrəvana silah daşımağa başlamasından bir neçə gün sonra – aprelin 1-də endirməsi də bunu deməyə əsas verir. İstisna deyil ki, İran tərəfindən İsrailə heç bir cavabın verilməməsi də Qərblə sövdələşmənin məhv olmamasına görədir”.

Tarix
2024.04.09 / 10:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan “bir aya sülh” dedi, sərhəddə atəş açıldı

Nikol rus ordusunu çıxardır: İrəvana bu ölkənin qüvvələri gəlir

Mövqelərimizin atəşə tutulduğu ərazilər - Foto

Qarabağla bağlı bütün həqiqət məhz budur - Paşinyan

Obrayen sirləri açdı: İrəvan sülhlə bağlı fikrini dəyişdi - Şok

AKP-nin nümayəndə heyəti Şuşaya gəlir

Ermənilər Naxçıvanı atəşə tutdu: Ordumuz cavab verdi

ABŞ-dan Bakı və İrəvana: Kremlin başı qarışıb, tez edin!

Rusiyadan Türkiyə ilə bağlı sensasion etiraf

Qafarova Belarus baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla