Yuxarı

Ermənilər atəş açdı: Hərbçimiz yaralandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Tarix
2024.04.10 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla