Yuxarı

“Yetenək sizsiniz”in gizli mahiyyəti açıldı – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yetenək sizsiniz”in gizli mahiyyəti açıldı – Video

İsrail bu cür proqramların yayımını qadağan edib. Bütün bunlar bir əməliyyatın tərkib hissəsidir. Psixoloji müharibə üsuludur.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar, jurnalist, televiziya işçisi, aparıcı Banu Avar bəzi proqram-layihələrin gizli mahiyyətindən danışarkən deyib.

"Bizə qarşı əməliyyat həyata keçirirlər. Televiziya proqramlarının əksəriyyəti, əslində, Türkiyəni formalaşdırmaq üçün hazırlanır. Baxsaq, bu proqramların hamısı ("Survivor", "Yetenək sizsiniz" və s.) tək şirkət tərəfindən Türkiyə və dünyaya göndərilir. Bu şirkətlər beynəlxalq qruplaşmaların törəmə şirkətləridir. Hələ "Survivor"un rəhbəri haqqında bir az öyrəndim, axtarış verib siz də öyrənə bilərsiniz. Baxın kimlər var o işin içində? Niyə o cür proqramlar hazırlanır? "Dostuna güvənmə", "arxadan bıçaqla", "ailəli olduğun halda başqalarıyla münasibət qur" kimi fikirləri yaymaq üçün hazırlanırlar. Bütün bu cür verilişləri psixoloqlar hazırlayır. İsrail belə bəzi bu cür proqramların yayımını qadağan edib. Bütün bunlar bir əməliyyatın tərkib hissəsidir. Psixoloji müharibə üsuludur. Biz bu verilişlərə çox aludə olsaq, Suriyada nə olur, gündə neçə şəhid veririk, Amerikanın əmrlərini yerinə yetirən PKK, Əl Qaidə kimi təşkilatlar Suriya və Türkiyəni eyni vaxtda hədəf alıb, ya almayıb, qazımız, neftimiz hansı şirkətlərə peşkəş verilir - heç nə vecimizə olmayacaq. Bu cür verilişləri uzun müddət izləyəndə beyinə kilid vurulur, insan zombiləşir və adamlar ancaq bu cür TV verilişlərinin mövzusu haqda düşünür, başqa heç nə haqda fikirləşə bilmirlər".

İllər öncə TV-lərdə yayımlanan yarışma xarakterli şou proqramlar haqqında fikirlərini bölüşən yazarın həmin videosu yenidən gündəmə gəlib. Videonu təqdim edirik:

Tarix
2016.02.29 / 14:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla