Yuxarı

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa Birliyi (AB) Cənubi Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir və Ermənistan bu məsələdə alət rolunu oynayır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır:

“Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər”.

“Aprelin 5-də Brüsseldə keçirilən görüş zamanı Ermənistana “Building Armenia's Defense and Security Resilience” adlı planın (Rusiya hərbi bazasının və rusiyalı sərhədçilərin ABŞ-AB-NATO qüvvələri ilə əvəz edilməsini, onların Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərini genişləndirmələrinin, həmçinin “Metsamor” atom elektrik stansiyasının sökülməsi yolu ilə Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini özündə ehtiva edir) zorla qəbul etdirilməsi üzə çıxarsa, təəccüblənməyəcəyik”, - o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etməyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini zəiflətməyi qarşılarına məqsəd qoyublar:

“Qərb ölkələri Cənubi Qafqazda sülh haqqında nə qədər xoş sözlər desələr də, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi ən yaxın qonşuları bir-birinə qarşı qoymağa can atır”.

Tarix
2024.04.18 / 14:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla