Yuxarı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Mənə verilən məlumata görə, beynəlxalq yolun keçdiyi ərazilər (Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu nəzərdə tutulur - red.) müqavilələrə (Ermənistanla Azərbaycan arasında - red.) daxil deyil.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani aprelin 19-da jurnalistlərlə söhbətində Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasında bu gün əldə edilən razılaşma haqda qeyd edib.

“Ermənistan hakimiyyəti İrana məlumat verib ki, Azərbaycanla Almatı Bəyannaməsi əsasında, yəni beynəlxalq səviyyədə tanınmış sərhədlər əsasında razılaşmalar əldə edilir”, - o bildirib.

Qeyd edək ki, “beynəlxalq yolun keçdiyi ərazilər” Azərbaycan torpağına düşürsə, bunun müqaviləyə daxil edilib-edilməməsi İranı “narahat” etməlidir. Çünki məhz Sübhani az öncə bildirmişdi ki, yolların açılması ölkələrin ərazi bütövlüyü çərçivəsində olmalıdır. İran hansı əxlaqla Azərbaycanın öz ərazisinə - Naxçıvana istədiyi dəhlizə “Ermənistanın suverenliyinin qorunması prinsipindən” yanaşır, ancaq Ermənistanın başqa ölkəyə - Gürcüstana gedən yolunun Azərbaycan ərazisindən keçməsini və buna görə suverenliyimizin pozulmasını “alqışlayır”, hətta özünə qətiyyən aid olmayan bu məsələni təskinlik kimi qəbul edir?

Azərbaycan öz haqqı olanı alır və alacaq. Əgər beynəlxalq yol məsələsində hər hansı güzəşt nəzərdə tutulursa, demək, rəsmi Bakı da eyni məntiqlə güzəşt tələb edir – məsələn, Zəngəzur üçün…

Tarix
2024.04.19 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla