Yuxarı

Zakir Həsənov iranlı generala başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagiriyə başsağlığı ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin", - başsağlığında deyilir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Tarix
2024.05.20 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Suriya və İsrail nazirləri Bakıda görüşdü

Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?

Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

Şahin Şıxlinski Moskvada görün harada saxlanılıb...

Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

Bakının bu addımı Suriyada qayıdışı sürətləndirir - Zorlu

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Bakıdan Dəməşqə uzanan enerji körpüsü... – Təhlil

Azərbaycandan Suriyaya nə qədər qaz ötürüləcək?

Trampın təklifi: Putin 10 günü gözləmədən cavab verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla