
Soyuq duş qəbul edənlərə - Şok xəbərdarlıq
01:57
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Son 6 onillikdə ilk dəfə əhalinin ABŞ-dan kütləvi köçü qeydə alınıb və 2,8 milyon nəfər təşkil edib.
Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ Sahibkarlıq İnstitutu və Brukinq İnstitutunun birgə araşdırmasına görə, miqrasiyanın azalması sayəsində 65 ildən sonra ilk dəfə ABŞ-a gələnlərin sayı ölkəni tərk edənlərdən az olub.
Yeni araşdırmada iki aparıcı beyin mərkəzinin ekspertləri 2025-ci ilin sonuna qədər ABŞ-a xalis beynəlxalq miqrasiyanın mənfi olacağını proqnozlaşdırırlar. Hesablamalara görə, miqrasiya balansı mənfi 525 min nəfər təşkil edə bilər.
Qeyd olunur ki, bu rəqəm xalis miqrasiyanın təxminən müsbət 1,3 milyon nəfər təşkil etdiyi 2024-cü illə müqayisədə görünməmiş azalma deməkdir.
Tarix
2025.08.04 / 01:45
|
Müəllif
Axar.az
|